Jirunun aqibəti müəyyənləşdi

9.09.2023 22:15 224
Dünya futbolu
Fransa yığması ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın hücumçusu Olivye Jiru AÇ-2024-ün seçmə mərhələsinin İrlandiya ilə oyununda (2:0) zədələnib.

“Milan”ın hücumçusu artıq yığmanın düşərgəsni tərk edib. Sol topuğunda zədə aşkarlanan 36 yaşlı futbolçunun vəziyyəti çox da ciddi deyil.

Buna baxmayaraq, baş məşqçi Didye Deşam onun səhhəti ilə riskə getmək istəməyib.