• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Argentina seçmə turnirdə 22 oyundu uduzmur

Dünya futbolu

11-09-2023, 23:0

Avropada gələn il Almaniyada təşkil ediləcək qitə çempionatının təsnifat oyunlarının həyəcanı davam edərkən sentybrın 7-də Cənubi Amerikada DÇ-2026-nın seçmə mərhələsinə start verildi.

"Football-plus.az" xəbər verir ki, həmin gün qrup mərhələsinin ilk turu çərçivəsində üç oyun keçirildi. Qapılara yalnız iki qol vurulması diqqəti daha çox cəlb etdi.

Final turniri üç ildən sonra ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının reqlamentini xatırladaq. Cənubi Amerikada ənənəvi olaraq 10 komanda iki dövrədə mübarizə aparacaq. Yekun turnir cədvəlində ilk 6 yeri tutacaq yığma birbaşa final mərhələsində iştirak hüququ qazanacaq. 7-ci yerin sahibi olacaq komanda isə bir vəsiqə uğrunda digər qitənin təmsilçisi ilə pley-off oyunları keçirəcək.

Cənubi Amerikada seçmə turnirə Este şəhərində start verildi. Yerli Paraqvay ilə Peru arasındakı matçda hesab açılmadı. Halbuki meydan sahibləri oyun planında aşkar üstün idilər. Doğrudu, bunun “doğma divarlar” amilindən başqa digər səbəbi də var. Peru millisinin təcrübəli müdafiəçisi Advinkula fasilə ərəfəsində növbəti xəbərdarlığı aldığı üçün komandasını bir hissə on nəfərlə mübarizə aparmağa vadar etdi. Qonaqların əzmkarlığını qeyd etməliyik. Xuan Reynosonun çalışdırdığı komanda qapısından top buraxmamaq üçün əlindən gələni etdi. Oyunun başladığı hesabla sona çatmasında 33 yaşlı qapıçı Qalyesenin 5 seyvlə rol oynadığını da bildirək.

Növbəti matçda da tərəflərin hücumundan çox arxa xətti inamlı təsir bağışladı. Amma Barrankilyada qapı toru bir dəfə silkələndi. Kolumbiya – Venesuela oyunu, gözlənildiyi kimi, meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma kolumbiyalılar qapıya dəqiq zərbə endirməkdə çətinlik çəkdilər. Oyun ərzində yalnız üç belə zərbə endirə bilən Nestor Lorensonun komandası fasilədən dərhal sonra hesabı açdı. “Verder”in 27 yaşlı hücumçusu Borrenin Aryasın ötürməsi ilə vurduğu qol nəticəni müəyyənləşdirdi.

Argentina yığması da eyni nəticəni göstərdi. Son dünya çempionu evdə oynasa da, Ekvadorla matç heç də meydan sahibləri üçün asan keçmədi. Bunu hardasa gözləmək olardı. Ekvador son seçmə turnirdə xüsusilə fiziki hazırlığının yüksək səviyyədə olması ilə yadda qalmışdı. Əlbəttə, oyun Argentinanın üstünlüyü ilə keçdi. Lakin Lionel Skaloninin komandası rəqib qapısına yalnız 3 dəqiq zərbə endirə bildi. Qonaqlar da Emiliano Martinesi bu qədər seyvə məcbur etdilər. Həlledici məqamda isə, bəli, Messi sözünü dedi. 36 yaşlı futbolçu 78-ci dəqiqədə topu birbaşa cərimə zərbəsi ilə tora qovuşdurdu. 86 min tamaşaçının toplaşdığı “Monumental” stadionuna bir andaca sanki bomba düşdü. Bu qol dünya çempionatının çətin qələbəsi üçün kifayət etdi. Qeyd edək ki, Ekvador yığması seçmə turnirə 3 cəza xalı ilə başlayıb. Bunun səbəbi DÇ-2022-nin seçmə mərhələsində iştirak edən Bayron Kastilyonun sənədlərinin saxtalaşdırılması ilə bağladı. Başqa sözlə, bu komanda istənilən halda ilk turdan sonra sonuncu yerdə olacaq.

Buenos Ayresdəki matçın son dəqiqələrində baş verən məqamı da vurğulayaq. Skaloni 89-cu dəqiqədə Messini Esekyel Palasios ilə əvəzlədi. Dünya şöhrətli futbolçu 2014-cü ildən sonra ilk dəfə milli komandanın rəsmi oyununda sonadək meydanda qalmadı. Hücumçu onda Braziliyada keçirilən mundialın Nigeriya ilə oyununda komandasının 3:2 hesablı qələbəsində dubl etməklə rol oynamış və 63-cü dəqiqədə əvəzlənmişdi.

Cənubi Amerika
qrup mərhələsi, 1-ci tur
Paraqvay – Peru 0:0
Paraqvay: Koronel, Q.Qomes, R.Roxas (Piris, 78), Balbuena, Riveros, Almiron, Kubas, Vilyasanti, D.Qomes (A.Romero, 66), Avalos (Karlos Qonsales, 78), R.Sosa (M.Roxas, 88).
Peru: Qalyese, Advinkula, Trauko (Kastilyo, 71), Arauxo (Korso, 46), Abram, Yotun, Karrilyo (M.Lopes, 46), Tapya, P.Gerrero, Polo (Askues, 90), Kristofer Qonsales (Kartaxena, 46).
Vərəqələr: Advinkula, 15. Arauxo, 26 – sarı. Advinkula, 45 – qırmızı (ikinci sarı).
Hakim: Andres Matonte (Uruqvay).
7 sentyabr. Este.
Kolumbiya - Venesuela 1:0 (0:0)
Kolumbiya: Varqas, Mina, Maçado, Lukumi, Munyos, Kuadrado (Karraskal, 46), Uribe (Barrios, 85), Lerma, Aryas (Xames Rodriges, 73), Borre (Duran, 75), L.Dias (Sinisterra, 88).
Venesuela: Romo, A.Qonsales, Anxel, Osorio, Del Pino (Rosales, 78), Rinkon, Errera (Xosef Martines, 59), Xose Martines, Rondon (Markes, 78), Maçis (Otero, 82), Savarino (Soteldo, 59).
Qol: Borre, 46.
Vərəqə: A.Qonsales, 33 - sarı.
Hakim: Anderson Daroko (Braziliya).
7 sentyabr. Barrankilya.
Argentina – Ekvador 1:0 (0:0)
Argentina: E.Martines, Otamendi, Talyafiko, Molina, K.Romero, De Paul, Mak Allister (Paredes, 77), E.Fernandes, Messi (E.Palasios, 89), Lautaro Martines (Alvares, 77), N.Qonsales (Di Mariya, 62).
Ekvador: Qalindes, Arboleda, Estupinyan, F.Torres (Mena, 81), Paço, Urtado (A.Presyado, 81), Qrueso, Sifuentes (Ortis, 68), Plata (K.Rodriges, 67), M.Kaysedo, Valensiya.
Qol: Messi, 78.
Vərəqələr: Sifuentes, 61. Paredes, 82 - sarı.
Hakim: Vilmar Roldan (Kolumbiya).
7 sentyabr. Buenos Ayres.
Uruqvay – Çili və Braziliya – Boliviya oyunları gec başa çatıb.

Faktlar
* Argentina yığmasının dünya çempionatının seçmə turnirində məğlubiyyətsiz oyunlar seriyası 22-yə çatdı. Bu, komanda üçün yeni rekorddu. Cənubi Amerikada bu planda rekordçu isə Braziliyadı. 5 qat dünya çempionu mundialın seçmə mərhələsində ardıcıl 34 oyunda uduzmayıb. Dünya futbolunda rekord İspaniya yığmasına məxsusdu. Pireneylilər 1993-2021-ci illərdə ardıcıl 66 matçda məğlubiyyətin nə olduğunu bilməyiblər.
* Messi yığmada keçirdiyi 176-cı oyunda 104-cü qolunu vurdu. O, milli formanı 2005-ci ilin avqustundan daşıyır.
* Messi dünya çempionatının seçmə turnirində cərimə zərbəsi ilə 4-cü qolunu vurmaqla həmyerlisi Xuan Rikelmenin rekordunu təkrarladı.
* Messi cərimə zərbəsi ilə 65-ci qolunu vurmaqla ingiltərəli Devid Bekhemə çatdı. “İnter Mayami”nin hücumçusu bu planda Juninyo Pernambukano (77), Pele (70), Viktor Leqrotalye və Ronaldinyodan (hər ikisi 66) geri qalır. Maraq üçün portuqaliyalı Kriştiano Ronaldonun 60 belə qolun müəllifi olduğunu da bildirək.
* Messi Argentina yığmasında və “İnter Mayami”də keçirdiyi son 13 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə verib. O, iyunun 15-də keçirilən Avstraliya ilə yoldaşlıq matçında yeganə qolun müəllifi olmuşdu. Bu yay sıralarına qoşulduğu “İnter Mayami” ilə meydana çıxdığı 11 oyunda 11 qol vurub və oyundaşlarına 5 məhsuldar ötürmə verib.

Oyundan sonra
Lionel Messi, Argentina yığmasının hücumçusu: “Bizi seçmə turnirdə çətin oyunların gözlədiyini yaxşı bilirik. Ekvador yığmasının çox yaxşı oyunçuları var. Onlar nə etdiklərini yaxşı bilirlər və fiziki cəhətdən çox güclüdülər. Xüsusilə fiziki planda çox ağır oyun idi. Bir az yorulmuşam, ancaq özümü yaxşı hiss edirəm. Bir neçə ay əvvəl dünya çempionu olmuşuq. Bununla belə, mübarizəni davam etdirməli və növbəti dünya çempionatına yaxşı hazırlaşmalıyıq. Bütün rəqiblər Argentinaya qalib gəlmək istəyirlər. Biz çempion olandan sonra bu istək daha da artıb”.

Anxel Di Mariya, Argentina yığmasının yarımmüdafiəçisi: “Sevinirik, ona görə ki, qələbə qazanmışıq. Komandamız üçün vacib olan nəticə elə bu idi. Cənubi Amerikada seçmə oyunların çətin keçdiyini bilirik. Boliviya ilə növbəti matçda daha yaxşı oynamağa çalışmalıyıq. Messinin meydanı tərk edərkən kapitan sarğısını mənə verməsini özüm üçün qürur məqamı, qeyri-adi an kimi dəyərləndirirəm. Milli komandada uzun illərdi oynayıram. Əvvəllər heç vaxt belə xoş məqamın şahidi olmamışdım...”

Leandro Paredes, Argentina yığmasının yarımmüdafiəçisi: “Bizim regionda keçirilən oyunlar asan alınmır. Bu dəfə də belə oldu. Bundan sonrakı matçlarda da istədiyimiz nəticə üçün yaxşıca tərk tökməliyik. Baş məşqçimiz oyundan əvvəl bizə “kim öz mövqeyinə görə arxayınlaşsa, yəqin ki, növbəti dəfə milli formada görünməyəcək” demişdi. Bəxtimiz onda gətirib ki, Messi kimi oyunçumuz var. Bu məqamdan həzz almağa davam edin. Ona və komandamıza görə çox şadam. Buna şübhəm yoxdu: Leo futbol tarixinin ən yaxşısıdı və uzun müddət belə dəyərləndiriləcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-03-2022, 15:0

DÇ-2022-də kimlər iştirak edəcək? - SİYAHI

Aktual

24-06-2023, 10:0

Millimizin iştirak edəcəyi dünya çempionatının məkanı bəlli oldu

İdman

13-04-2022, 11:0

Millinin potensial rəqibləri bəlli oldu

İdman

12-03-2022, 13:0

Millilərimizin rəqibləri bəlli oldu

Aktual
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
"Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
Son xəbərlər
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
Daha çox
Oxunub: 279
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə