Bu gün keçirilən oyunlarla Misli premyer-liqasının 3-cü turuna yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, 2 qarşılaşmanın hamısını “CBC Sport” canlı yayınlayıb.
Misli premyer-liqası
1-ci dövrə, 3-cü tur
20 avqust
Qarabağ – Araz-Naxçıvan 2:1
Adama Diakabi, 15, Abdullah Zubir, 90+5 - Miço Kuzmanoviç, 55
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 2:+2=0-0, 4:0.
2000/01 – 1:0; 2001/02 – 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: NİCAT İSMAYILLI, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azərsun Arena”. Saat 18.00.
Bu komandaların görüşü maraqla gözlənilir. Eyni xala malik kollektivlər qonşu pillələrdə qərarlaşıblar. Lakin görüşün aşkar favoriti “Qarabağ”dı. Ağdam təmsilçisi həm güc, həm də təcrübə baxımından naxçıvanlıları üstələyir. “Qırmızı-ağlar”ın qələbəsi mövsümün sensasiyası sayıla bilər.
Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 4 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 2-də “Qarabağ”, 2-də “Araz-Naxçıvan” qələbə qazanıb. Topların nisbətində isə ağdamlılar öndədi – 7:5.
Sabah – Neftçi 1:1
Boyan Letiç, 44 - Con İrasabal, 49 (ö.q.)
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 9:+2=1-6, 8:14.
2018/19 – 1:2, 0:2; 2019/20 – 0:2; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:2, 0:1; 2022/23 – 2:1, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bank Respublika Arena”. Saat 20.00.
Həftənin ən maraqlı görüşü Masazırda keçiriləcək. Derbidə konkret favorit yoxdu. Konfrans Liqasında mübarizəni dayandıran rəqiblərin çempionatdakı mübarizəsi maraq doğurur. Bir sözlə, bazar günü Masazırda çoxdan gözlədiyimiz Avropa səviyyəli Bakı derbisini izləyə bilərik.
Bu komandalar indiyə kimi 19 dəfə üz-üzə gəlib. Bu görüşlərin 13-də “Neftçi”, 4-də “Sabah” qələbə qazanıb, 2-də isə heç-heçə qeydə alınıb. Topların nisbətində də flaqman öndədi – 32:15.
19 avqust
Qəbələ – Sumqayıt 1:2
Osama Xalayla, 53 - İsa Suliman, 3. Kamran Aliev, 31
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 22:+17=4-1, 39:12.
2011/12 - 3:1; 2012/13 – 4:1; 2013/14 – 2:0, 3:1; 2014/15 – 3:1, 2:0; 2015/16 – 1:0, 1:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 1:0, 1:1; 2018/19 – 1:1, 1:0; 2019/20 – 0:2, 5:0; 2020/21 – 1:1, 1:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 1:0, 2:1.
Cəzalı: Ülvi İsgəndərov.
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ. Şəhər stadionu. 18.00.
Çətin günlər keçirən “Qəbələ” bu oyuna yüksəliş imkanı kimi baxır. Elmar Baxşıyevin komandası ardıcıl iki matçda məğlub olub. “Sumqayıt”da isə vəziyyət fərqlidi. İlk turda “Səbail”i məğlub edən “kimyaçılar” ikinci həftə istirahət edib. Bu qarşılaşmada Samir Abasov “Qəbələ”nin bu durumundan istifadə edərək xal sayını artırmaq niyyətindədi. Qarşılaşmada konkret favorit yoxdu. Hər biri qalib gələ bilər.
Ümumiyyətlə, bu komandalar Azərbaycan çempionatlarında 43 dəfə üz-üzə gəlib. Bunların 25-də “radarlar”, 5-də “kimyaçılar” qələbə qazanıb. 13 matçda qalib müəyyənləşməyib. Topların nisbətində qəbələlilər öndədi – 70:33.
Səbail – Zirə 1:2
Yadin Luqasi, 31 - Salifu Suma, 16. Filipe Paxtman, 82
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: +3=1-8, 7:14.
2017/18 – 0:1, 0:1; 2018/19 - *, 0:2; 2019/20 – 1:0, 1:3; 2020/21 – 1:2, 0:0; 2021/22 - 1:2, 0:1; 2022/23 – 1:2, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”. Saat 20.00.
* - texniki nəticə.
Bu gün daha bir maraqlı oyun “ASCO Arena”da keçiriləcək. Bakı derbisində “Səbail” “Zirə”ni qəbul edəcək. Qarşılaşmanın favoriti “qartallar”dı. Rəşad Sadıqovun komandası Şahin Diniyevin kollektivini məğlub edərək üçdəüç etmək istəyir. “Səbail” isə çempionatında ilk qələbəsini qazanmaq arzusundadı.
Bu komandalar indiyə kimi 23 dəfə üz-üzə gəlib. Bu görüşlərin 4-də “dənizçilər”, 15-də zirəlilər qələbə qazanıb. 4 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də “qartallar” öndədi – 33:15.
1. Zirə 3 3 0 0 4-1 9
2. Sumqayıt 2 2 0 0 6-2 6
3. Qarabağ 3 2 0 1 5-2 6
4. Turan Tovuz 3 2 0 1 5-3 6
5. Sabah 2 1 1 0 6-1 4
6. Araz-Naxçıvan 3 1 0 2 3-5 3
7. Kəpəz 3 1 0 2 1-3 3
8. Neftçi 3 0 2 1 2-3 2
9. Səbail 3 0 1 2 3-7 1
10. Qəbələ 3 0 0 2 1-9 0
Bombardir: Martin Petkov (Turan Tovuz) – 3.