Estoniya - Azərbaycan oyununun stadionu bilindi

16.08.2023 11:55 867
Yığma
Millimizin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.