Misli premyer-liqasında 2-ci tur davam edir.
"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçirilən beş oyunun hamısını "CBC Sport" canlı yayınlayacaq.
Misli premyer-liqası
1-ci dövrə, 2-ci tur
14 avqust
Neftçi - Səbail 1:1
Kenni Sayef, 82 (p.) - Pedro Nuno, 34
"Neftçi"nin bu rəqiblə ev oyunlarının balansı: 12+10=1-1, 28:7.
2017/18 - 2:0, 3:1; 2018/19 - 4:0, 1:2; 2019/20 - 2:1, 1:1; 2020/21 - 2:1, 4:0; 2021/22 - 1:0, 2:0; 2022/23 - 3:1, 3:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABAROV, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi Arena”. Saat 20.00.
Hər iki komanda debütdə məğlub oldular. Bu səbəbdən də qarşılaşmaya ciddi yanaşacaqlar. “Ağ-qaralar” favorit olsa da, Adrian Mutu bu görüşdə ehtiyat qüvvəni sınayacağı halda "Səbail"in qələbəsi sensasiya sayılmayacaq.
Bu komandalar indiyə kimi 23 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 17 dəfə "Neftçi", 2 dəfə isə "Səbail" qalib gəlib. 4 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində flaqmanın əzici üstünlüyü var - 50:13.
13 avqust
Qarabağ - Turan Tovuz 3:0
Juninyo, 30. Zubir, 66. Diakabi, 69
"Qarabağ"ın bu rəqiblə ev oyunlarının balansı: 2:+2=0-0, 6:1.
2022/23 - 3:0, 3:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: RAUF ALLAHVERDİYEV, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”. Saat 18.30.
Həftənin ən maraqlı oyunu Qaraçuxurda keçiriləcək. İlk turda uduzan "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək. Görüşün favoriti, heç şübhəsiz, ağdamlılardı. Lakin "boz qurd" tarixində ilk dəfə "köhlən atlar"ı məğlub etməyə cəhd edəcək. Yəqin ki, bu oyunda da Qurban Qurbanov ehtiyat qüvvə ilə meydana çıxacaq. Bu səbəbdən də tovuzluların mümkün qələbəsi sensasiya sayılmayacaq.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin hamısında "Qarabağ" qələbə qazanıb. Topların nisbətində də "köhlən atlar" öndədi - 11:3.
Sumqayıt - Sabah (?)
"Sumqayıt"ın bu rəqiblə ev oyunlarının balansı: 10:+3=0-7, 6:20.
2018/19 - 0:1, 1:0; 2019/20 - 1:0, 1:2; 2020/21 - 1:2, 0:2; 2021/22 - 2:0, 0:3; 2022/23 - 0:6, 0:4.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. “Kapital Bank Arena”. Saat 21.00.
"Sumqayıt" doğma şəhərdə ilk dəfə meydana çıxacaq. Ötən tur hər iki kollektiv böyükhesablı qələbə qazandı. "Sabah", ümumiyyətlə, çempionatın favoritidi. Samir Abasovun komandasının bu rəqibi büdrətməsi real deyil. İndidən deyə bilərik ki, "Kapital Bank Arena"da maraqlı görüş olacaq.
Bu komandalar indiyə kimi 19 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 6-da "kimyaçılar", 10-da "bayquşlar" qələbə qazanıb, 3-də isə qalib müəyyənləşməyib. Topların nisbətində də "tələbələr" öndədi - 37:19.
12 avqust
Araz-Naxçıvan - Qəbələ 2:0
İsmail Azzaui, 17, Elvis Maşike, 82
"Araz-Naxçıvan"ın bu rəqiblə ev oyunlarının balansı: indiyə kimi qarşılaşmayıblar.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD HACIYEV, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Dalğa Arena”. Saat 18.30.
Bu oyunla bağlı proqnoz vermək çətindi. İlk turda hər iki komanda məğlub olub. Lakin naxçıvanlıların daha yaxşı durumda olduğunu söyləyə bilərik. Azər Bağırovun komandası debüt stressini üzərindən ata bilmədiyi üçün "Turan Tovuz"a məğlub oldu. "Qəbələ" isə premyer-liqaya hazır deyil. Bu, “qırmızı-qaralar”ın "Sabah"a 0:5 hesabı ilə uduzmasından da açıq-aşkar göründü. Bugünkü oyunda “Qəbələ”nin tərəfində olan əsas amil premyer-liqa təcrübəsidi.
Zirə - Kəpəz 1:0
Qismət Alıyev, 64
"Zirə"nin bu rəqiblə ev oyunlarının balansı: 8:+4=4-0, 13:8.
2015/16 - 2:2, 2:2; 2016/17 - 2:0, 1:0; 2017/18 - 3:0, 2:1; 2022/23 - 2:2, 1:1.
Cəzalı: Elmir Tağıyev (Kəpəz).
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. Zirə İdman Kompleksinin stadionu. Saat 21.00.
Hər iki komanda ilk turda güclü rəqibin öhdəsindən gəldi. "Zirə" tarixində ilk dəfə "Qarabağ"ı üstələdi. "Kəpəz" isə tarixi derbidə "Neftçi"ni məğlub etdi. Düzdü, hər iki kollektivin rəqiblərinin əsas fikri avrokubok matçlarında idi. Bu görüşdə həm "Zirə"nin, həm də "Kəpəz"in real gücü bəlli olacaq. Görüşün favoriti "qartallar"dı. Bakılılar öz meydanında indiyə kimi gəncəlilərə uduzmayıb. Rəşad Sadıqovun komandası ənənənin pozulmasını istəməyəcək.
Ümumiyyətlə, bu komandalar indiyə kimi çempionatlarda 16 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 6-da "qartallar", 3-də "sarı-göylər" qələbə qazanıb, 7-də isə heç-heçə qeydə alınıb. Topların nisbətində də bakılılar öndədi - 22:16.