Veşoviç HİK-ə qarşı da oynamayacaq

7.08.2023 13:30 281
Aktual / Avropa Liqası
“Qarabağ”ın “Rakuv”la duellərdəki uğursuzluğunun əsas səbəblərindən biri də Marko Veşoviçin yoxluğu idi.

"Football-plus.az" xəbər verir ki, Toral Bayramov monteneqrolunu lazımınca əvəz edə bilmədi. Bəs 31 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki HİK-lə matçlarına çatacaqmı?

Bu suala cavab tapmaq üçün çempionun mətbuat xidmətinin əməkdaşlı Elvar Quliyevlə əlaqə saxladıq. Onun dediyinə görə, Veşoviç böyük ehtimalla HİK-lə oyunlarda da iştirak edə bilməyəcək.

CAVİD ƏLİYEV