İrandan qaçan şahmatçı Sarasadat Xademəlşəri İspaniya vətəndaşlığını alıb. 26 yaşlı qrossmeyster artıq İspaniya millisinə çağrılıb.
"Football-plus.az" xəbər verir ki, o, İran hakimiyyəti tərəfindən təqib olunmaqdan qorxduğu üçün ölkəsinə qayıtmaqdan imtina edib. 2015-ci ildən beynəlxalq qrossmeyster olan Xademəlşəri İran yığmasının heyətində iki dəfə Şahmat Olimpiadasına qatılıb.
Qeyd edək ki, İranda hökumət əleyhinə etiraz aksiyalarını dəstəkləyən və 2022-ci ilin dekabrında keçirilən dünya çempionatında hicabsız iştirak edən Sarasadatla bağlı ölkəsində həbs qərarı verilib.