“Samaya” LTD Araz-Naxçıvan”ın baş sporsoru olacaq

31.07.2023 13:51 644
Ölkə futbolu
Premyer-liqanın yeni üzvü “Araz-Naxçıvan”ın baş sponsoru “Samaya” LTD olacaq.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı şirkətlə klub arasında 1 illik müqavilə imzalanıb.

Anlaşmaya əsasən, əsas və əvəzedici ilə yanaşı, müxtəlif yaş qruplarına aid komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun adı əks olunacaq.