"Məqsədim finala çıxmaqdı"

29.07.2023 22:58 196
İdman
"Məqsədim finala çıxmaqdı".

"Football-plus.az" xəbər verir ki, bunu şahmatçımız Günay Məmmədzadə Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

23 yaşlı qrossmeyster bildirib ki, bu cür yarışın Azərbaycanda təşkili əsl bayramdı: "Yaxşı hazırlıq keçmişəm. İnanıram ki, hər kəs öz iddiasını ortaya qoyacaq".

O, turnirin ölkədə gənc nəsil üçün yaxşı motivasiya olacağını əlavə edib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15.00-da başlayacaq.