“Çikaqo”nun sahibi vəfat edib

28.07.2023 16:50 211
İdman
ABŞ-ın Milli Hokkey Liqasında çıxış edən "Çikaqo"nun sahibi Roki Virts dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, o, 70 yaşında qəfil vəfat edib.

Qeyd edək ki, Virts ailəsi 1964-cü ildən "Çikaqo"nun sahibidi. Roki Virts isə 2007-ci ildən kluba rəhbərlik edib.