"Neftçi"nin yeni prezidenti komanda üzvləri ilə görüşdü

24.07.2023 22:10 268
Premyer-liqa
“Neftçi”nin bu gün təyin olunan prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə komandanın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və “ağ-qaralar”a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.