Amma Vaqif Sadıqovun sədrlik etdiyi qurum son vaxtlar sanki "yuxuya dalıb". Bununla bağlı özü ilə əlaqə saxladıq. 64 yaşlı futbol adamının "Football-plus.az"a söylədikləri belə oldu:
"Məşqçilər Komitəsi həmişə fəallıq göstərir. Yığma komandaların, klubların təlim-məşq toplanışlarını izləyir, eləcə də keçirdikləri oyunlar barədə hesabatı dinləyirik. Daha sonra bu barədə rəhbərliyə məlumat verilir. Biz həmişə ölkə futbolu ilə bağlı tövsiyələrimizi veririk. Məqsədimiz Azərbaycanın bu idman növündə inkişaf etməsidi".
CAVİD ƏLİYEV
