"Qəbələ"nin sabiq futbolçusu karyerasını bitirdi

20.05.2023 13:50 271
Maraqlı
"Qəbələ"nin sabiq futbolçusu Sabien Lilay karyerasını bitirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Son olaraq ölkəsində Tirana "Dinamo"sunda çıxış edən futbolçu 2018/2019 mövsümündə "Qəbələ"nin formasını geyinib.

O, Azərbaycan təmsilçisi ilə 29 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.