Kapitan Amsterdamı tərk etməli oldu

15.07.2023 22:41 220
Dünya futbolu
“Ayaks” rəhbərliyi komandanın kapitanı Duşan Tadiçlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, Amsterdam klubunun rəsmi saytının yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Serbiyalı futbolçu “Ayaks”a 2018-ci ildə “Sauthempton”dan “keçmişdi. O, paytaxt klubu ilə üç dəfə Niderland çempinatının qalibi olub və iki dəfə ölkə kubokunu qazanıb.

Tadiç, ümumilikdə “Ayaks”ın heyətində 241 oyun keçirib və 105 qol vurub.