Rusiyalı idmançı Azərbaycanı seçən həmyerlisinə haqq qazandırdı

30.06.2023 23:10 208
İdman
Rusiyalı qılıncoynadan Sofiya Pozdnyakova "Sport-Ekspress"ə maraqlı açıqlama verib.

"Football-plus.az" saytının məlumatına görə, xanım sablyaçı millimizi seçən həmyerlisi Anna Baştaya haqq qazandırıb:

"Rəfiqəm Anna Başta hazırda başqa ölkənin adından çıxış edir. Halbuki əvvəl Rusiyanın şərəfini qoruyurdu. Anna Azərbaycandan təklif aldı və fikrimcə, düzgün addım atdı. Olimpiadaya yollanmaq şansı qazandı. Onunla əlaqə saxlayır, müxtəlif mövzularda danışırıq".