"Neftçi"nin futbolçusu Azər Əliyev "Matç TV"yə açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi adı çəkilən telekanalın təşkil etdiyi turnirlə bağlı fikirlərini bölüşüb:
"Səviyyəli rəqiblərin olduğu yaxşı turnirdi. Fikrimcə, bizim üçün faydalı olacaq.
Komanda yoldaşlarım məndən Rusiya haqda nəsə soruşub? Şəhər haqda soruşdular, mən də müsbət fikirlər səsləndirdim. Bura gələndən sonra isə öz gözləri ilə hər şeyi gördülər".