“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.
"Football-plus.az" saytının məlumatına görə, “qırmızı-qaralar” çempionluğu 25-ci turdan təxirə salınan matçda qazanıb. “Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin çalışdırdığı komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.
Bu, bölgə təmsilçisinin Gənclər Liqasında 7-ci çempionluğudu. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.
"Qəbələ"nin U-19 komandası yeni mövsümdə UEFA Gənclər Liqasında iştirak edəcək.