“Sabah” növbəti transferini gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidi.
Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl, karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” kimi kollektivlərində çıxış edib. Futbolçunun Kurasao vətəndaşlığı da var.
Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.