"Football-plus.az" xəbər verir ki, bunu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
90 kq-dan yuxarı çəkidə qitə çempionu olan idmançı özünü əla hiss etdiyini bildirib:
"Komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Final görüşündən əvvəl məşqçilərimlə taktiki gedişləri müzakirə etmişdim. Sevinirəm ki, sonda hər şey alındı".
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.



