«Qəbələ» məşqçilər korpusu ilə müqaviləni yenilədi

12.06.2023 22:15 251
Premyer-liqa / Manşet
“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

“Football-plus.az” xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub. Əvvəlki müqavilələri 2022-2023-cü illər mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidi.