Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycanın yığması Polşada keçirilən 3-cü Avropa Oyunlarında təsnifat yarışına çıxıb.
"Football-plus.az" xəbər verir ki, Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.
Yer aldığı qrupda 826 xal toplayan yığma 9 komanda arasında sonuncu nəticəni göstərib.
Qeyd edək ki, 3-cü Avropa Oyunları iyulun 2-də başa çatacaq.