• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Promesə 18 aylıq həbs kəsildi

Dünya futbolu

23-06-2023, 21:0

Nəhayət, Kvinsi Promesin cəzası məlum olub. “Spartak”ın yarımmüdafiəçisi uzun sürən prosesin sonunda 18 aylığa azadlıqdan məhrum edilib.

“Football-plus.az” xəbər verir ki, Niderlandda çıxan “De Telegraaf” qəzetinin yaydığı xəbərə görə, Amsterdam məhkəməsi onun 2020-ci ildə əmisi oğluna qarşı etdiyi hərəkəti cinayət hadisəsi sayıb və futbolçunu bu hadisədə təqsirkar bilib. Kvinsi iyunun 19-da verilən hökmə əsasən zərərçəkən qohumuna 7 min avro təzminat da ödəyəcək.

Cəza 12 aylıq ola bilərdi
“De Telegraaf” 31 yaşlı futbolçunun cəzasının 6 ay az ola biləcəyini də qeyd edib. Bu, Promes peşmanlıq hissi keçirdiyini və hadisəyə görə məsuliyyət daşıdığını etiraf edəcəyi halda mümkün ola bilərdi. Lakin futbolçu məhkəmə iclasında belə davranış nümayiş etdirmədiyi üçün cəzanın müddəti ilyarım müəyyən edilib. Sözün düzünü desək, niderlandlı futbolçu dinləmələrdə iştirak etməyib və bu hərəkəti ilə günahı başqasının üzərinə atmağa çalışıb. Hətta yaxınları ilə danışıqlarında “ailəsinin şərəfinin bərpası” üçün qürur amilini dəfələrlə vurğulayıb.

Nə baş verib?
Hadisə o, “Ayaks”da çıxış edərkən baş verib. Promes 2020-ci il iyulun 24-dən 25-nə keçən gecə bıçaqla əmisi oğlunun dizinə xəsarət yetirib. Qohumu onun Abkaudke şəhərciyində təşkil etdiyi axşam qonaqlığında arzuolunmaz vəziyyətə düşüb. Zərərçəkənin iddiasına görə, futbolçu onun vətərini kəsib. Əmisi oğlu bu hadisədən sonra indiyədək tam sağala bilməyib.

“Spartak” nə edəcək?
“Spartak”ın futbolçuya kəsilən cəza ilə bağlı rəsmi məlumatında belə deyilir: “Məhkəmənin qərarı qüvvəyə minməyib və futbolçunun apellyasiya şikayəti vermək üçün vaxtı var. Promesin bu hüquqdan yararlanacağını hesab edirik”.
Martda “metaratings.ru” portalı Kvinsinin əməlini etiraf edəcəyi və real cəzaya məruz qalacağı halda “Spartak”ın onunla müqaviləni pozmaq hüququna malik olacağını xəbər vermişdi. Bu mənbənin digər iddiasına görə, Rusiya klubunun yarımmüdafiəçinin transfer haqqının son hissəsini “Ayaks”a ödəməmək hüququ da var. Promesin moskvalılarla bağladığı müqavilənin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Apellyasiyanın verilməsi və ona baxılması prosesi uzun çəkə bilər. Məsələn, “Ural”ın niderlandlı hücumçusu Ray Vlutun (o, 4 yaşlı uşağın həlak olduğu yol-nəqliyyat hadisəsini törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum olunub) vəkili şikayət ərizəsinin cavabının 2024-cü ildən tez gələcəyini gözləmir.

Promes Rusiya vətəndaşlığını niyə ala bilməyib?
Promes yanvarda klubunun BƏƏ-dəki ilk qış təlim-məşq toplanışını buraxmışdı. Buna rəsmi səbəb kimi onun rəhbərlikdən bir müddət fərdi proqram əsasında hazırlaşmağı xahiş etməsi göstərilmişdi. Lakin insayder İvan Karpov əsl səbəbin BƏƏ ilə Niderland arasında bu ölkələrin cinayət məsuliyyəti daşıyan vətəndaşlarının ekstradisiyası və cinayət işlərinin araşdırılmasında qarşılıqlı yardımla bağlı müqaviləyə görə ola biləcəyini güman etmişdi. Ölkələr arasında bu sahədə əməkdaşlığı nəzərdə tutan saziş 2021-ci ilin avqustunda rəsmiləşib. Buna görə Niderlandın hüquq-mühafizə orqanları “Spartak”la birgə təlim-məşq toplanışına yollandığını biləcəyi halda Kvinsinin BƏƏ-dən ekstradisiyasını istəyə bilərdi.
Rusiya ilə Niderland arasında belə müqavilə mövcud deyil. Bəli, ekstradisiya ilə bağlı Avropa konvensiyası var, lakin onun praktiki tətbiqi çox çətindi. Rusiya formal olaraq xarici ölkələrin vətəndaşlarını təhvil verir, lakin Niderlandla münasibətlər 2014-cü ilin iyulunda Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğramasına görə ciddi şəkildə pisləşib.
Kvinsinin ölkəsinə məcburən geri qaytarılması yalnız bir halda mümkün olmaya bilərdi. Futbolçu Rusiya vətəndaşlığını qəbul etsəydi, Niderlandda həbsxanaya düşməkdən qurtulacaqdı. Ona görə ki, Rusiya öz vətəndaşlarını təhvil vermir. Amma Promes yeni ölkənin pasportunu məhz Niderland qanunlarıyla məlum probleminə görə ala bilməyib. “Spartak” rəhbərliyi bu məsələyə görə ötən ilin noyabrında müvafiq orqanlara müraciət edibmiş.

“Ayaks”ın haqqını Kvinsi ödəyəcək?
Son xəbərlərə görə, Kvinsi həbs olunacağı halda “Ayaks”ın haqqını özü ödəyəcək. Bu isə 1,25 milyon avrodu. “Het Parool” nəşrinin xəbərində “Spartak”ın onun 2021-ci ildə rəsmiləşən transfer haqqını hələ tam ödəmədiyi, Niderland klubuna göstərilən məbləğdə borcunun olduğu bildirilir. Müqavilədə Rusiya klubunun ödənişin nəzərdə tutulduğu müddətdə futbolçu ilə bağlı cinayət məsuliyyəti ortaya çıxacağı halda transfer təzminatının qalan hissəsini ünvanına çatdırmaqdan imtina edə biləcəyi aydın yazılıb. Bu halda “Ayaks”ın təzminatı tam şəkildə almaq hüququ olacaq, ancaq kompensasiyanın ödənilməmiş hissəsini məhz futbolçu reallaşdırmalıdı. İki il əvvəl bağlanan müqaviləyə əsasən, Moskva klubu qarşı tərəfə 8,5 milyon avro ödəməlidi. “Spartak” indiyədək amsterdamlıların xəzinəsinə 7,25 milyon avro köçürüb.
Promesin apellyasiya vermək niyyətində olduğu bildirilir. Şikayətə baxılması isə müəyyən qədər vaxt aparacaq. Bu məsələ ilə bağlı ilkin dinləmə təxminən iki aydan sonra başlayacaq. Məhkəmənin qərarı bir daha təsdiqlənəcəyi halda, Kvinsi sabiq klubu ilə son hesablaşmanı öz cibindən aparmalı olacaq.

Kvinsi həm də narkotik daşıyıcısıdı?
Futbolu ilə bağlı digər cinayət faktı da araşdırılır. “Het Parool” mayın 30-da Niderland prokurorluğunun onun narkotik maddələrin qanunsuz daşınmasında iştirakını araşdırması ilə bağlı xəbər yaymışdı. Məlumatda Promesin 650 və 720 kiloqram çəkidə olan iki kokain partiyasının daşınmasında iştirak etdiyi bildirilirdi. Narkotiklərin 2020-ci ildə Belçikanın Antverpen şəhərində ələ keçirilməsi və əməliyyat nəticəsində futbolçunun telefon danışığının dinlənildiyi real faktlardı.
“Algemeen Dagblad” qəzetinin 5 iyun tarixli sayında bununla bağlı belə yazılıb:
* Hüquq-mühafizə orqanları onun telefon danışıqlarını dinləmək üçün razılğı hələ 2018-ci ildə alıbmış. Onda Promesin narkoticarətdə iştirakı və odlu silaha malik olması ilə bağlı şübhələr ortaya çıxmışdı.
* İstintaq materiallarına əsasən, futbolçu iki kokain partiyasının daşınması üçün 200 min avro xərc çəkib. O, 6 milyon avro qazanc əldə etmək məqsədilə narkotik alverçisi Pit Vortel ilə təmas qurub.
* Promes və daha bir şübhəli sayılan Marilio B. partiyalardan biri ələ keçərkən – 2020-ci ildə Antverpen şəhərində olublar. “Mənim uşaqlarım Antverpen yolundadılar” deyən futbolçu kokainin əldən çıxmasından sonra belə söyləyib: “Bax, bu zibil işdi, indi malın yalnız yarısı təhlükəsiz yerdədi. Amma risk belədi də”. Sonrakı telefon danışığında isə bunları deyib: “Əvvəlki malın yarısı əldən çıxdı, odu ki, mən iki dəfə az irəli düşdüm”.
Bu işə növbəti dəfə avqustun 11-də baxılacaq. Göründüyü kimi, futbolçunun problemləri başından aşır. Belə vəziyyətə görə “Spartak” da əziyyət çəkəcək. Zarafat deyil, Kivinsi son mövsümdə Rusiya çempionatında meydana çıxdığı 27 oyunda 20 qol vurmaqla komandanın əsas bombardiri olub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-05-2022, 20:0

4 illik həbs cəzası aldı

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə