"Turan Tovuz"da 4 müqavilə

18.06.2023 18:21 288
Premyer-liqa
“Turan Tovuz” daha 4 futbolçusunu komandada saxlayıb.

"Football-plus.az" xəbər verir ki, klub Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqaviləni daha 1 il müddətinə artırıb. Onlar, 2023-24-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.