Atletimizdən gümüş medal

17.06.2023 20:32 304
İdman
Azərbaycan atleti Anna Skidan beynəlxalq yarışda uğurlu çıxışla yadda qalıb.

"Football-plus.az" xəbər verir ki, Estoniyanın Jıhvi şəhərində Dünya Kontinental Turu- Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında çəkic atma növündəki təmsilçimiz 68.67 metr göstəriciyə nail olub.

Bu nəticə ilə yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalan Anna Skidan 2-ci yeri tutub.