"Səbail" qapıçısı ilə yollarını ayırıb

13.06.2023 12:37 195
Premyer-liqa
"Səbail" klubu qapıçısı Emil Balayevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycan millisinin üzvünün "Neftçi"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2017/2018 mövsümündə "Səbail"in formasını geyinən Emil Balayev 2022-ci ildə yenidən komandaya qayıtmışdı.