"Səbail" daha bir futbolçusu ilə yolları ayırdı

8.06.2023 15:30 246
Ölkə futbolu
"Səbail" futbolçusu Nihad Qurbanlı ilə yolları ayırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bununla da mövsüm başa çatdıqdan sonra "Səbail"in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb.

Qeyd edək ki, N.Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022/2023 mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi verib.

Xatırladaq ki, "Səbail" bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla yolları ayırıb.