Millimizdən heç-heçə

11.06.2023 22:51 226
Yığma
Qəbələdə təlim-məşq toplanışına yekun vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 0:0 hesabı ilə nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında iyunun 8-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə nəticələnmişdi.