Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, “Dalğa Arena”da Şimali Makedoniya yığmasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə nəticələnib. Bu komandalar arasında növbəti oyun martın 27-də keçiriləcək.