Xorvatiya millisində ciddi itki baş verib.
"Football-plus.az" xəbər verir ki, komandanın müdafiəçisi Yosko Qvardiol Millətlər Liqasının pley-off mərhələsində iştirak edə bilməyəcək. Bu barədə futbolçunun çıxış etdiyi “Leyptsiq” klubu “Twitter” hesabında məlumat yayıb. O, qasıq nahiyəsində yaranan problem səbəbindən yığmanın düşərgəsini erkən tərk edib.