• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb - FOTO

İdman

6-06-2023, 11:0

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

AVF-nin baş katibi bildirib ki, bu, elit kişilər arasında keçiriləcək yarış sayılır. O, iki komandanın turnirdən imtina etdiyini vurğulayıb:

“Ruanda və İsveçrə komandası gələ bilmədi. Maliyyə ilə bağlı problemləri olduğu üçün imtina etdilər. Yarış beynəlxalq təqvimə salındığı üçün müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, baş hakimi Beynəlxalq Velosiped İttifaqı təyin edəcək”.


Mətbuat konfransında, həmçinin, yarışın direktoru Roland Hofer, marşrut üzrə direktor Elçin Qəhrəmanov, təhlükəsizlik üzrə menecer Vüqar Salahov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva iştirak ediblər.

“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb


Daha sonra çıxış edən yarışın direktoru Roland Hofer dəfələrlə Azərbaycanda olduğunu bildirib:

“Bu ölkəni yaxşı tanıyıram. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı böyük tədbirdir. Ümid edirəm ki, bütün komanda iştirakçıları enişli-yoxuşlu yol sayılan yarışın ilk mərhələsini uğurla tamamlayacaqlar. Qəbələ-Şəki mərhələsində sprintin qalib gələcəyini düşünürəm. Turnirə Şuşada yekun vurulacaq. Şuşa yazılan yerə qədər dağa qalxacaq, daha sonra şəhərə enəcəyik. Bu il ilk dəfə sprint yarışçılarına bonus saniyələr verəcəyik. Məncə, qalibi dağ etapları müəyyənləşdirəcək. Yarış yekunlaşdıqdan bir gün sonra artıq növbəti ilin turnirinin planını hazırlamağa başlayacağıq”.


İsveçrəli mütəxəssis hazırda ən yüksək səviyyəli velosipedçilərin turnirə cəlb edilməsinin mümkün olmadığını söyləyib. Ancaq o, gələcəkdə onları dəvət edəcəklərinə inam ifadə edib:

“Məncə, indiki kimi daha yaxşıdır. Uzun yolu pillə-pillə qət etmək daha uğurlu olar”.


R.Hofer Azərbaycan millisini yarışın favoritləri sırasında görür:

“Çinin “China Glory Cycling Team” komandasının rəhbərliyi ilə söhbətim olub. Onlar bildiriblər ki, çox güclü velosipedçiyə sahibdirlər. Ancaq mən Azərbaycan millisinin və “Sakarya BB Pro Team” komandasının da güclü olduğunu düşünürəm”
.

Turnirin marşrut üzrə direktoru Elçin Qəhrəmanov əlavə edib ki, Muğanlı və İsmayıllıya kimi yolda təmir olduğundan, yarışın marşrutunda müəyyən dəyişiklik olub:

“Ancaq onlarla daim əlaqə saxlayırıq. Gələn il velosipedçilərin həmin ərazilərdən keçəcəklərinə ümid edirik. Komandaları dəvət edərkən onların məskunlaşmalarına da xüsusi diqqət yetiririk. Eyni zamanda, onların tarixi yerlərdən keçmələrinə çalışırıq”.


Təhlükəsizlik üzrə menecer Vüqar Salahov isə bütün tədbirlərin görüldüyünü söyləyib:

“Həm Dövlət Yol Polisi, həm ictimai təhlükəsizliklə birgə çalışırıq. Yolda hansı təhlükəli məqam varsa, hamısını müzakirə etmişik. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur”.


Qeyd edək ki, iyunun 7-11-i aralığında təşkil ediləcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

Paylaş:
Digər xəbərlər

İdman

19-05-2023, 15:0

"Əziz Şuşa" beynəlxalq velosiped yarışı keçiriləcək

İdman

10-04-2023, 20:0

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib

İdman

30-05-2023, 21:0

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşdi

İdman

2-07-2022, 17:0

Şuşada beynəlxalq velosiped yarışı keçiriləcək

İdman

9-07-2022, 21:0

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib

İdman

10-07-2022, 21:0

“Əziz Şuşa”nın qalibləri müəyyənləşdi

Aktual
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Son xəbərlər
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 230
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə