“Sumqayıt”da daha iki ayrılıq

5.06.2023 15:41 286
Ölkə futbolu
“Sumqayıt”da daha iki ayrılıq baş verib.

"Football-plus.az" xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu dəfə də yerli futbolçularla vidalaşıb.

Bunlar yarımmüdafiəçilər Rüfət Abdullazadə və Süleyman Əhmədovdur. Sonuncu oyunçu sosial şəbəkə vasitəsilə də klubla vidalaşıb.

Qeyd edək ki, buna qədər “Sumqayıt”ın qapıçısı Aydın Bayramov “Turan Tovuz”la anlaşıb.