İdmançılarımız ötən ay 179 medal qazanıb

5.06.2023 15:08 685
İdman
Azərbaycan idmançılarının mayda beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

"Football-plus.az" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, ötən ay 179 medal əldə olunub.

Onlardan 59-u qızıl, 48-i gümüş, 72-si isə bürünc əyarlıdır.