Gələn mövsüm İngiltərə futbolunda türkiyəli məşqçi də çalışacaq.
"Football-plus.az" xəbər verir ki, söhbət Erol Bulutdan gedir. Belə ki, çempionşip təmsilçisi ''Kardiff Siti'' sürpriz şəkildə baş məşqçi vəzifəsinə Bulutun gətirildiyini açıqlayıb. Müqavilənin müddəti ilə bağlı isə məlumat verilmir. 48 yaşlı Bulut daha öncə ''Yeni Malatyaspor'', ''Alanyaspor'', ''Fənərbaxça'' və son olaraq ''Qaziantep''i çalışdırmışdı. Antep klubundan bu ilin yanvarında ayrılan Bulut məşqçi karyerasında yalnız bir titul - 2019/20-də ''Alanyaspor''un başında ölkə kubokunu qazanıb. ''Kardiff Siti''yə gəlincə, bu klub çempionşipdə son mövsümü 49 xalla 21-ci pillədə, yəni düşmə zonasından 1 pillə öndə tamamlamışdı. 124 illik tarixə malik olan klub 2008-də İngiltərə kubokunun, 2012-də isə liqa kubokunun finalında oynasa da, hər iki matçda uduzub. Kardifflilər premyer-liqada sonuncu dəfə 2018/19-da çıxış ediblər.