Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax 29 may start götürmüş və 4 iyun tarixinə qədər davam edəcək taekvondo üzrə dünya çempionatını izləmək üçün Bakıya gəlib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri ilə görüşən prezidentə ölkəmizdə taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüş zamanı Tomas Bax Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyib.