Konfrans Liqası: “Sabah” və “Qəbələ”nin daha bir potensial rəqibi

2.06.2023 11:34 275
Konfrans Liqası
2023/2024 mövsümündə UEFA Konfrans Liqasında çıxış edəcək “Sabah” və “Qəbələ”nin daha bir potensial rəqibi bilinib.

"Football-plus.az" xəbər verir ki, Rumıniya təmsilçisi ÇFR turnirin II təsnifat mərhələsində Azərbaycan klublarına rəqib ola bilər.

Rumıniya çempionatında Konfrans Liqasına vəsiqə uğrunda final görüşündə “Universitatya Krayova 1948” üzərində 1:0 hesablı qələbə qazanan ÇFR püşkatma zamanı səpələnmişlərin sırasında yer alacaq. “Neftçi” də həmin səbətdə qərarlaşacağından, Kluj-Napoka komandası “ağ-qaralar”la qarşılaşa bilməz.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

Konfrans Liqası

1-ci təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

“Sutyeska” (Monteneqro)

“Şkupi” (Şimali Makedoniya)

“Sarayevo” (Bosniya və Herseqovina)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Ararat” (Ermənistan)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Dinamo” (Minsk, Belarus)

“Konnas” (Uels)

“Milsami” (Moldova)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

“Proqres” (Lüksemburq)

“Dinamo” (Batumi, Gürcüstan)

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

Səpələnməmişlər:

“Jilina” (Slovakiya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vlazniya” (Albaniya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Jelezniçar” (Bosniya və Herseqovina)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

“Dukagini” (Kosovo)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

"Arsenal Tivat" (Monteneqro)

“Virtus” (San-Marino)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlərlər:

“Payde” (Estoniya)

“Tirana” (Albaniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Bazel” (İsveçrə)

“Gent” (Belçika)

“Fənərbağça” (Türkiyə)

ÇFR (Rumıniya)

PAOK (Yunanıstan)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Gimaraeş” (Portuqaliya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

AEK (Larnaka, Kipr)

“Omoniya” (Kipr)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər:

“Voyvodina” (Serbiya)

“Lütsern” (İsveçrə)

“Bohemians” (Çexiya)

“Beytar” (İsrail)

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Debretsen” (Macarıstan)

“Sepsi” (Rumıniya)

“Qəbələ” (Azərbaycan)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

“Differdanj” (Lüksemburq)

“Torpedo BelAZ” (Belarus)

Qeyri-müəyyən:

“Petrokub” (Moldova)

3-cü təsnifat mərhələsi

Səpələnmişlər:


“Alkmaar” (Niderland)

“Dinamo” (Kiyev, Ukrayna)

“Partizan” (Serbiya)

“Aruka” (Portuqaliya)

Səpələnməmişlər:

“Hayduk” (Split, Xorvatiya)

“Brann” (Norveç)

“Nordsyelland” (Danimarka)