• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MOK-da Zemfira Meftahətdinovanın yubileyi qeyd olundu - “Məncə, çox şərəfli yol keçmişəm”

Aktual / İdman

1-06-2023, 11:0

Zemfira Meftahətdinova 1991-2014-cü illərdə stend atıcısı kimi yığmamızın heyətində çıxış edib.

2000-də Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb, həmçinin 5 qat Avropa, 2 qat dünya çempionudu. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif olunub. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi və MOK-un vitse-prezidentidi. 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi idi. Mayın 30-da xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərildi.

Dünən isə MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirildi. Yığıncaqda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin federasiyaların nümayəndələri və idmançılar iştirak etdi. Əvvəlcə yubilyarın zəngin idmançı karyerasını əks etdirən və ölkə xaricindən təbriklərin yer aldığı videoçarx nümayiş olundu. Daha sonra qonaqlar ürək sözlərini demək üçün kürsüyə dəvət edildi.

Çingiz Hüseynzadə:


“Zemfira Meftahətdinova nəinki Azərbaycanda, bütün dünyada sevilir. O, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Woman Sport” mükafatı ilə təltif olunub. Həmin mükafat artıq sahibinə təqdim edilib. Zemfira xanım ən görkəmli idman nüməyəndələrindən biri olmaqla yanaşı, ölkəmizin fəxridi. O, dünya miqyasında idmansevərlərin sevgisini qazanan şəxslərdəndi”.


Fərid Qayıbov:

“Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandı. Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionudu. İstərdim ki, qızı davamçısı olsun. Zemfira xanımın bundan sonra da çalışacağı sahələrdə nailiyyətlərinin davam edəcəyinə inanıram. Biz həmişə onun yanındayıq”.


Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, stent atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da yubilyarı təbrik etdi. Onlar xatirələrini bölüşdükdən sonra gül dəstələri və digər hədiyyələri Zemfira xanıma təqdim etdilər.

Sonda çıxış edən yubilyar ağlayaraq məşqçisini yada saldı:

“Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burda əyləşənlərin hər biri mənim üçün əzizdi. Cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Onların qayğısı idmançılarımızın uğurlar qazanmasında müstəsna rol oynayır. Diqqət və qayğı idmançılar üçün çox önəmlidi. Azərbaycanda idman inkişaf edir və bunu sevirlər. Belə gün təşkil etdiyi üçün Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Çox xoş sözlər deyildi. Atıcılıq Federasiyasına və Daxili İşlər Nazirliyinin rəhbərinə minnətdaram. Məncə, çox şərəfli yol keçmişəm. Çünki dövlət tərəfindən mükafatlar almışam və dostlarım mənə xoş sözlər dedi. Çox xoşbəxtəm . Mən həmişə idmandayam. Həyatımı buna qurban verirəm. Atıcılıq Federasiyasında və Milli Olimpiya Komitəsində fəaliyyətimi davam etdirəcəm. Bütün idmançılara uğurlar arzulayıram. Növbəti Yay Olimpiya Oyunlarında onların uğurlu çıxış etməsini və xalqımızı sevindirməsini istəyirəm. Belə olacağına da inanıram”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

24-11-2022, 19:0

Ağacan Abıyevin yubileyi qeyd olundu

Ölkə futbolu

30-12-2022, 15:0

AFFA-nın 30 illik yubileyi qeyd olundu

İdman

7-04-2023, 14:0

Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Bu gün, 20:50
    "Sumqayıt" fərqi azaltdı - YENİLƏNİR
  • Bu gün, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Bu gün, 19:56
    Londondan Madridə yollandı
  • Bu gün, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 122
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə