Bu gün Milli Olimpiya Komitəsində (MOK) ictimai-siyasi xadim, Milli Məclisin sabiq deputatı, idman ustası və MOK-un sabiq baş katibi, boks üzrə beynəlxalq dərəcəli hakim Ağacan Abıyevin 85 illik yibileyi keçirildi.
"Football-plus.az" saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıboy, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Milli Məclisin sədrinin müavini Adil Əliyev, ADBTİA-nın rektoru Fuad Hacıyev və idman və ictimai xadimlər iştirak edirdi. Əvvəlcə səbəbkar haqda videoçarx nümayiş olundu, sonra təbrik nitqlərinə yer verildi.
Onu da qeyd edək ki, bu gün ölkə baçısı İlham Əliyevin sərəncamı ilə Ağacan Abiyev Azərbaycan idmanında, əsasən də boksda göstərdiyi xidmətlərinə görə "Vətənə xidmətə görə 1-ci dərəcəli orden" ilə təltif olunub.
ABDULLA İSMAYILOĞLU