• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alt paltarınızı stadionda yox, başqa yerdə düzəldin! - KÖŞƏ

Premyer-liqa / Yazarlar

31-05-2023, 21:0

Azərbaycan çempionatının qalmaqallarla zəngin günləri keçmişdə qalıb.

İndi Allaha şükür, futbolumuzda güllük-gülüstanlıqdı. Necə deyərlər, qurd quzu ilə otlayır, heç kim başqasının xətrinə dəymir. Hardadı o “böyük oyun”un ətrafında yaşanan ajiotajlar? Bakıda “Xəzər Lənkəran”a hücum edilərdi, Lənkəranda “Neftçi”nin avtobusunu daşa basardılar. Mən hələ “Bakı” – “Xəzər Lənkəran” oyunundan sonra Respublika stadionunda baş verən davanı demirəm. Cənub klubunun qapıçısı Kamran Ağayev həmin gün heç polislərdən də çəkinmirdi, Tuyqun Nadirovun “xətrinə dəyən” asayiş keşikçisini şəxsən tapıb cəzalandırmaq fikrinə düşmüşdü. Kubokun finalından sonra meydanın ortasında qan tökülməsini də unutmamışıq. “Bakı”nın futbolçularından birinin “Neftçi” ilə oyundan sonra döyülməsi isə iki klub arasında müharibəyə səbəb olmuşdu, klub rəsmilərinin arasında gecə saatlarına qədər davam edən “razborka” sonda sülhlə yekunlaşmış, tərəflər yenidən qan tökülməsinin qarşısını almışdılar.

Hər nə qədər xoşagəlməz olsa da, belə qalmaqallar da futbolun ayrılmaz hissəsidi. Çünki futbol emosiyaları sevən rəqabət oyunudu. Həmin o rəqabət də futbolun inkişafına təsir edir, mübarizə daha maraqlı olur. Siz də razılaşarsız ki, Azərbaycanda futbol az-çox elə həmin vaxtlar inkişaf edirdi, ölkə çempionatı da maraqlı keçirdi. İndi o günlərin xiffətini çəkirik, həmin vaxtlar üçün darıxırıq. Məsələ təkcə dava-dalaşda deyil. O qalmaqallar yaşananda çempionatın oyunları dolu tribunalar qarşısında keçirilirdi, klublar bir-biriylə yarışa çıxıb daim yaxşı yerli, yaxud da əcnəbi futbolçuların axtarışında olurdu. Ötən günlərin nostalgiyasına çox da qapılmayıb, ümidimi ifadə edim ki, nə vaxtsa o günlərə yenidən qayıdarıq. Dava-dalaş olmasa da, həmin rəqabət yenidən yaşanar, futbolumuz və çempionatımız yenidən inkişaf etməyə başlayar.

Sükutu bugünlərdə “Səbail”in portəgizli hücumçusu Qoba Zakpa pozdu. Bayıl komandasının legioneri “Turan Tovuz”la oyunda qol vurandan sonra əlini həssas yerinə tərəf aparıb, biədəb jest edib. Həmin epizodun kadrlarını görəndə xeyli təəssüflənmişdim. “Səbail”in heyətində 9 legioner var. Onlardan biri də Zakpadı. Bu 9 legionerin gücü, səviyyəsi ötən 35 tur ərzində yetərli olmayıb ki, “dənizçilər” elitadakı yerini təmin etsin. Son tur ərəfəsində “Səbail” “Şamaxı”yla ölüm-qalım mübarizəsi aparır, özü də iş elə gətirib ki, həlledici qarşılaşmada bu iki komanda bir-biri ilə qarşılaşacaq. “Şamaxı”nın isə heyətində legioner yoxdu. Yəni bölgə təmsilçisi bütünlüklə yerli futbolçulardan qurulmuş heyətlə mübarizə aparır. Bununla belə, “Şamaxı” ilə “Səbail”in oyun səviyyəsi, nəticələri, topladığı xallar arasında ciddi fərq yoxdu. Buna görə Zakpa da, onun kimi digər legionerlər də, həmçinin onları Azərbaycana gətirənlər və “Səbail”ə götürənlər də utanmalıdı. Zakpa isə utanmaq əvəzinə Tovuzda özünün biədəb yerini göstərir, meydanın ortasında tərbiyəsizlik edir.

Elə Zakpanın hərəkəti qədər “Səbail”in bu məsələni ört-basdır etməyə çalışması da biabırçılıq idi. Klubdan verilən açıqlamada deyilirdi ki, futbolçu hansısa jest etmək fikrində olmayıb, uğursuz oturan alt paltarını düzəldib. Onu da əlavə etmişdilər ki, yanlış anlaşılma yaşanmasın deyə futbolçuya ehtiyatlı olmağın lazımlığı bildirilib, Zakpa da öz növbəsində bundan sonra daha ehtiyatlı olacağını söyləyib. Adam bilmir gülsün, ya ağlasın. Əlbəttə, klubun futbolçusuna sahib çıxması, onu müdafiə etməyə çalışması anlaşılandı. Amma bu boyda rəzalətin qarşısında “uğursuz alt paltarı düzəltmə əməliyyatı” uydurmağa ehtiyac yox idi. Üzrxahlıq etmək, Zakpanın emosiyalarına qurban getdiyini demək daha yaxşı çıxış yolu idi. Belə olan halda “Səbail” rəsmiləri də özlərini gülünc vəziyyətə salmazdılar.

AFFA İntizam Komitəsi portəgizli hücumçunu 3 oyunluq diskvalifikasiya edib. Eyni zamanda onun bu hərəkəti Bayıl təmsilçisinin 1600 manat cərimələnməsinə də səbəb olub. Adama deyərlər, indi nə oldu? Təkcə “Səbail”in yox, digər klubların legionerlərinin də bu hadisədən dərs çıxarması lazımdı. Gedib alt paltarlarını başqa yerdə düzəltsinlər!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku

30-04-2022, 10:0

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

Aktual
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
Son xəbərlər
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə