• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” və “Qarabağ” mövsümü qələbə ilə başa vurdu - YENİLƏNİB

Premyer-liqa / Manşet

28-05-2023, 21:0

Bu gün Misli premyer-liqasında 2022/23 mövsümünə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmaların hamısı “CBC Sport” telekanalı vasitəsiylə canlı yayınlanıb.

Misli premyer-liqası
4-cü dövrə, 36-cı tur
28 may

Neftçi – Sabah 1:0
Emin Mahmudov, 10
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 9:+6=1-2, 17:7.
2018/19 - 2:0, 3:0; 2019/20 - 1:1, 4:0; 2020/21 - 1:0, 2:1; 2021/22 - 1:2, 1:0; 2022/23 – 2:3.
Cəzalılar: Kristian Sebalyos, Anatoli Nuriyev (hər ikisi “Sabah”).
“Futbol+”in proqnozu: 30-40-30.
Bakı. “Bakcell Arena”. Saat 17.00

Premyer-liqanın 36-cı turunun son günündə derbi izləmək imkanımız olacaq. Bu görüşün nəticəsi çempionata təsir etməyəcək. Lakin qarşılaşma hər iki komanda üçün əhəmiyyətlidi. “Neftçi” bu mövsüm “Sabah”ı məğlub edə bilməyib. Laurentsiu Regekampfın əsas hədəfi Murad Musayevin komandasına qalib gəlməkdi. Çünki azarkeşlər nəticələrə görə flaqmandan küsüb. Rumıniyalı mütəxəssis qələbə sayəsində fanatların könlünü almağa çalışacaq.

“Bayquşlar” isə tarixində ilkə imza atmaq istəyir. Belə ki, onlar indiyə kimi “Neftçi”ni bir mövsüm ərzində bütün oyunlarda məğlub edə bilməyib. Məhz buna görə Murad Musayevin komandası qarşılaşmaya ciddi yanaşacaq.

Ümumiyyətlə, komandalar indiyə kimi Azərbaycan çempionatlarında 18 dəfə üz-üzə gəlib. Bu görüşlərin 12-də flaqman, 4-də “bayquşlar” sevinən tərəf olubsa, 2 dəfə “sülh bağlanıb”. Topların nisbətində də “ağ-qaralar” öndədi - 31:15.

Qarabağ – Turan Tovuz 3:1
Redon Cica, 2, Leandro Andrade, 47, Musa Qurbanlı, 72 - Runi Eva, 61
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 1:+1=0-0, 3:0.
2022/23 – 3:0.
Cəzalı: Ramil Şeydayev (Qarabağ).
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı. “Azərsun Arena”. Saat 19.30

Mövsümün son matçı Suraxanıda keçiriləcək. Çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma meydan sahibləri üçün o qədər də əhəmiyyətli deyil. Lakin ağdamlılar mövsümü qələbə ilə başa vurmaq istəyəcək. “Boz qurd” da bu görüşə böyük istəklə çıxacaq. Çünki Ayxan Abbasovun komandası bu mövsüm yalnız “Qarabağ”ı məğlub edə bilməyib. Qalan komandalar üzərində isə azı bir qələbəsi var. Bu səbəbdən də tovuzlular görüşə ciddi yanaşacaq. Həmçinin 4 turdu məğlub olmayan Qərb təmsilçisi bu statistikanı qorumağa çalışacaq.

27 may

Səbail – Şamaxı 1:0
Franko Nazurek, 45+1
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 11:+2=5-4, 8:14.
2017/18 - 1:0, 0:1; 2018/19 - 2:1, 1:4; 2019/20 - 0:0, 1:1; 2020/21 - 1:1, 1:1; 2021/22 - 1:2, 0:3; 2022/23 – 0:0.
Cəzalı: Qoba Zakpa (Səbail).
“Futbol+”in proqnozu: 30-40-30.
Bakı. “ASCO Arena”. Saat 20.00

Mövsümün ən vacib matçı Səbail rayonunda baş tutacaq. Bu görüşdə premyer-liqanı tərk edəcək komandanın adı bəlli olacaq. Xal ehtiyatına əsasən “dənizçilər” elitada yerini qorumağa daha yaxın görünür. Lakin “Şamaxı” da 1-ci diviziona düşmək istəmir. Bu görüş əhəmiyyətinə görə Çempionlar Liqasının final matçından belə geri qalmır. Təbi ki, tərəflərin marağı baxımından. Necə olacağını isə meydanda görəcəyik.

Komandalar indiyə kimi 22 dəfə qarşılaşıb. Qələbə sayında bərabərlikdi (7). 8 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində şamaxılılar öndədi – 22:23.

Sumqayıt – Zirə 0:3
Rəhim Sadıxov, 10, 67. Toni Qomes, 89
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 15=+5=3-7, 11:17.
2015/16 - 0:0, 0:2; 2016/17 - 1:0, 1:1; 2017/18 - 2:1, 1:2; 2018/19 - 1:0, 0:1; 2019/20 - 1:2, 2:1; 2020/21 - 2:1, 0:0; 2021/22 - 0:3, 0:1; 2022/23 – 0:2.
Cəzalılar: Todor Todoroski, Vüqar Mustafayev (hər ikisi “Sumqayıt”), Hamidu Keyta (Zirə).
“Futbol+”in proqnozu: 30-30-40.
Sumqayıt. “Kapital Bank Arena”. Saat 17.30

“Sumqayıt” premyer-liqada yerini təmin edib. “Kimyaçılar” ötən tur son çempion “Qarabağ”ı səfərdə məğlub etməklə bunu bacardı. Bu üzdən Samir Abasovun komandası meydana rahat çıxacaq. “Zirə”nin iş isə qəlizdi. “Qartallar” bu görüşə mütləq qələbə hədəfiylə çıxacaq. Rəşad Sadıqovun komandası Konfrans Liqasında iştirak etmək istəyir. Lakin bu, öz əllərində deyil. Bakı klubu “Sumqayıt” üzərində qələbə qazanmaqla yanaşı, “Qəbələ”nin “Kəpəz”ə uduzmasını gözləməlidi.

Komandalar indiyə kimi Azərbaycan çempionatlarında 30 dəfə üz-üzə gəlib. Bu görüşlərin 6-da “kimyaçılar”, 16-da “qartallar” qələbə qazanıbsa, 8-də heç-heçə qeydə alınıb. Topların nisbətində də Bakı klubu öndədi – 40:22.

Qəbələ - Kəpəz 1:1
İsnik Alimi, 45+4-p. - Zamiq Əliyev, 80
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+5=3-3, 15:7.
2010/11 - 0:0; 2011/12 - 1:1, 2:0; 2012/13 - 2:0; 2015/16 - 1:0, 1:2; 2016/17 - 2:0, 2:1; 2017/18 - 0:2, 3:0; 2022/23 – 1:1.
Cəzalı: Yeqor Xvalko (Kəpəz).
“Futbol+”in proqnozu: 40-40-20.
Qəbələ. Şəhər stadionu. Saat 17.30

Bu, “Qəbələ” üçün mövsümün oyunudu. Elmar Baxşıyevin yetirmələri Konfrans Liqasına vəsiqə qazanmaq istəyirsə, “Kəpəz”lə matçda azı 1 xal qazanmalıdı. Bunu edəcəkləri təqdirdə Avropanın qapıları açılacaq. “Kəpəz” isə iki tur əvvəldən premyer-liqada yerini təmin edib. Bu səbəbdən də Tərlan Əhmədovun komandası rahatdı. İstənilən halda, gəncəlilər mövsümü qələbə ilə başa vurmaq istəyəcək.

Ümumiyyətlə, komandalar indiyə kimi Azərbaycan çempionatlarında 23 dəfə münasibətləri aydınlaşdırıb. Bu görüşlərin 10-da “qırmızı-qaralar”, 6-da “sarı-göylər” qələbə qazanıb. 7 matç isə “sülh”lə bitib. Topların nisbətində də qəbələlilər öndədi – 31:20.

1. Qarabağ 36 28 6 2 91-25 90
2. Sabah 36 25 6 5 75-24 81
3. Neftçi 36 20 8 8 63-38 68
4. Qəbələ 36 13 11 12 47-47 50
5. Zirə 36 13 11 12 45-46 50
6. Turan Tovuz 36 10 9 17 36-49 39
7. Sumqayıt 36 8 7 21 26-70 31
8. Kəpəz 36 6 13 17 34-62 31
9. Səbail 36 7 8 21 32-62 29
10. Şamaxı 36 4 13 19 26-52 25

Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 22, Musa Qurbanlı (Qarabağ) – 21, Coy-Lens Mikels (Sabah), Emin Mahmudov (Neftçi), – 17, Aleksey Kaşuk (Sabah) – 16.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

3-03-2023, 18:0

Zirədə qalib bəlli olmadı - YENİLƏNİB

Premyer-liqa / Manşet

24-02-2023, 20:0

"Zirə"dən səfər qələbəsi, Bayılda bərabərlik - YENİLƏNİB

Ölkə futbolu

4-05-2022, 21:0

Premyer-liqada 25-ci tura yekun vuruldu - YENİLƏNİR

Premyer-liqa

15-03-2023, 22:0

“Qarabağ” və “Sabah”dan səfər qələbəsi - YENİLƏNİB

Premyer-liqa / Manşet

9-05-2022, 21:0

"Sumqayıt" və "Qəbələ" qələbə qazandı - YENİLƏNİB

Premyer-liqa

12-02-2023, 19:0

"Səbail"dən və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 694
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə