Artıq “Bayya” da “City Football Group”un (CFG) üzvüdü. Şirkətlər qrupu Braziliya klubuna sahib olub.
"Football-plus.az" xəbər verir ki, holdinq “Bayya”nın səhmlərinin 90 faizinə sahib olub.
Salvador şəhərinin təmsilçisi CFG sisteminə daxil olan 12-ci klubdu. Bu sistemə “Mançester Siti” (İngiltərə), “Jirona” (İspaniya), “Palermo” (İtaliya), “Lommel” (Belçika), “Nyu York Siti” (ABŞ), “Melburn Siti” (Avstraliya), “Montevideo Siti” (Uruqvay), “Yokohama F.Marinos” (Yaponiya), “Trua” (Fransa), “Mumbay Siti” (Hindistan) və “Sıçuan Tszyunyu” (Çin) daxildi. Bundan başqa Boliviyanın “Bolivar” klubu holdinqin tərəfdaşıdı.
Xatırladaq ki, “Bayya” 2022-ci il mövsümündə Braziliya çempionatının B seriyasında 3-cü yeri tutaraq ən yüksək liqaya vəsiqə qazanıb. Komanda hazırda A seriyasında 7 oyuna 7 xalla 13-cü yeri tutur.