• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı

Aktual / Müsahibə

25-05-2023, 15:0

Son iki gündə müxtəlif saytlarda "Bakıda ali məktəb müəllimi Mxitaryanı niyə sevir?", "Universitet müəllimi Ağalar Qəribovun erməni sevgisi" sərlövhəli yazılar tirajlandı.

Yazılarda bu şəxsin bədnam qonşularımızın məşhur futbolçusu, hazırda "İnter"in şərəfini qoruyan Henrix Mxitaryanın adı yazılan formanı geyməklə futbol oynadığı qeyd olunur. Həmçinin Qəribovun erməniləri bizə düşmən xalq saymadağı haqda fikirlər də yer alır. Bir sözlə, universitet müəllimi müzakirə-qınaq obyektinə çevrilib. Dünən onunla söhbətləşə bildik.

- Erməni Mxitaryanın futbolkasını geyməklə gündəmə gəldiz. Əslində Ağalar Qəribov kimdi? Bir qədər özünüz və siyasi görüşləriniz haqda məlumat verərdiz.
- İxtisasca müəlliməm. Bakalavr təhsilim hüquqşünaslıq, magistratura və doktorantura təhsilim isə fəlsəfə yönümlüdü. Tədqiqat sahəm hüquq fəlsəfəsi, klassik alman fəlsəfəsi və genderin fəlsəfi problemləridi. Əqidəcə dialektik materialist, siyasi baxışlarına görə marksistəm. Sadaladıqlarımı ictimai faydalı əməklə məşğul olmağı, cəmiyyətdə və dünyada baş verən ədalətsizliklərə qarşı yüksək ictimai heysiyyət göstərməyi, insanlar arasındakı münasibətləri Hobbsun “insan insanın canavarıdı” deyil, “insan insanın dostudu” qaydası üzrə qurmağı həyati prinsiplərim hesab edirəm.

- Müəllim kimi harda çalışırsız?
- Hazırda mediada müzakirə predmetinə çevrilməyimin səbəbi haqqin.az saytının əməkdaşlarının barəmdə təhrifə yol verərək xəbər paylaşmaqlarıdı. Onların qeyri-peşəkarlığını göstərən məqamlardan biri də harda çalışmağımla bağlı informasiyanı açıq şəkildə qeyd etdiyim “feysbuk” profilimdən düzgün götürə bilməmələrindədi. Orda aydın şəkildə harda və nə vaxt işlədiyim əksini tapıb. Saytın rəhbəri Eynulla Fətullayev də bununla bağlı suallarımı cavablaya bilmədi. Hazırda sosial mediada çalışdığımın qeyd edildiyi 3 universitet var. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Universitetidi. ATMU-da 2018-20, QKU-da 2019-22-ci illərdə çalışmışam. Bu universitetlərin heç birindən çıxarılmamışam, özüm ərizə yazaraq çıxmağı xahiş etmişəm, müəllim kimi də müqavilə müddətimin sonuna qədər fəaliyyət göstərmişəm. Azərbaycan Universitetində hələ də işləyirəm.

- Əqidəcə dialektik materialist olduğunuzu vurğuladız. Erməni futbolçunun futbolkasını geyməyiniz sırf siyasi baxışlarınızla bağlıdı?
- Zəhmətkeş sinfin təmsilçisi olmayan Mxitaryan mənim üçün kumir ola bilməz. Mahiyyətcə Henrix uşaqları ictimai şəkildə alçaldan, maşını ilə insan öldürərək layiqli cəza almayan Araz Abdullayev qədər dünyanın zəhmətkeş insanları üçün düşmən mövqenin təmsilçisi və ictimai faydasız şəxsdi! Mxitaryanın soyadının yazıldığı formanı geyməyim siyasi baxışlarımla yox, dostumla aramızdakı şəxsi məzmunlu zarafatla bağlıdı.
- Deyirlər ki, idman, elm, ədəbiyyat və incəsənət bütünlüklə siyasətdən uzaq olmalıdı. Amma reallıqda sadalananlar daha çox siyasi alətə çevrilir.

Düşünmürsüz ki, bu paylaşımınızla özünüz də bilmədən Azərbaycanı istəməyənlərin maşasına çevrildiz?
- Mxitaryanın forması ilə şəklimin ictimailəşdirilməsi öz təşəbbüsümlə olmayıb. Mayın 22-si, saat 19.00-da başlayan oyuna jurnalist dostum tərəfindən dəvət edildikdə ona aramızda olan zarafatı nəzərə alaraq bildirdim ki, oyuna götürəcəyim futbol formaları ilə əsəbləşdirməyi, oyun boyunca psixoloji müvazinətini pozmağı planlaşdırıram. Formalardan biri arxasında Messinin (dostum Kristiano Ronaldo fanatıdı, Messiyə nifrət edir) soyadı yazılan, amma əslində onun heç vaxt çıxış etmədiyi Dortmund “Borussiya”sının, digəri isə arxasında Mxitaryanın (dostum milliətçidi) soyadı yazılan “Arsenal”ın forması idi. Öncə Messi soyadı yazılan formanı geydim, lakin rəqib irad bildirdi ki, onlar da bu komandanın formasını geyiblər, bu üzdən bizim komandada bir neçə şəxsin geyimindəki qırmızı rənglə səsləşən “Arsenal” formasını geydim. Oyunu heç bir münaqişə yaşamadan başa vurandan sonra haqqin.az saytının əməkdaşı olduğunu sonradan öyrəndiyim, bizimlə futbol oynayan Elmar adlı şəxs təxribatçı suallarla paltardəyişmə otağında şəxsi toxunulmazlıq hüququnun bütün müddəlarını pozaraq gizli çəkiliş etdi. Təhriflə təqdim olunan hadisənin əsli isə yetərincə sadədi: məni tanıyan hər kəs bilir ki, xarakterimin ən dözülməz tərəflərindən biri posthəqiqəti həddən artıq sevməyim və el arasında “itoynadan” deyilən tiplərdən biri olmağımdı. Arxasında Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi” adlı paltar mağazasından əldə etmişəm. Həmin paylaşım cəmiyyətə nəyisə sübut etmək məqsədi daşımır. Və bunu Azərbaycanı istəməyənlərin maşasına çevrilməyimlə əlaqələndirmək doğru şərh deyil. Hazırda Azərbaycan dövlətinin rəsmi şəkildə həyata keçirdiyi sülh quruculuğu siyasətində ön planda məhz ermənilərlə dinc, yanaşı yaşamaq məsələsi var.

- Vaxtilə Azərbaycan futbolunda yetərincə erməni olub. Onlardan biri də məşhur Eduard Markarovdu. O, özünü bakılı hesab etməklə yanaşı, Qarabağ müharibəsində bizə qarşı qərəzli çıxışlar etməyib, təbliğat aparmayıb, həmişə müharibəni pisləyib. Sözüm odu ki, üzərində Markarovun adı yazılan “Neftçi” forması geyməyinizi daha çox sülhə, beynəlmiləlçiliyə çağırış kimi başa düşmək olardı.
- Fransız tarixçisi Pyer de Kubertenin “Ey idman, sən sülhsən” çağırışı reallıqdan nə qədər uzaq olsa da, futbol müharibələrinin dünya tarixinin bir hissəsi olduğu planetdə yaşasaq da, ən azı SSRİ daxilində həqiqətən idmanın sülh təyinatı var idi. Məsələn, “Bakı Pelesi” ləqəbli Eduard Markarov “Neftçi” ilə yanaşı, “Ararat”ın da formasını geyib. Futbol verilişlərinin redaktoru olduğum vaxtlardan xatırlayıram ki, bu iki klubun rənglərini daşımış ən azı daha iki futbolçu var – Aleksandr Syomin və Aleksandr Mirzoyan. Onların ikisi də Azərbaycan və Ermənistan paytaxtlarında çoxlu dostlarının olduğunu müsahibələrində vurğulayıblar. Həmçinin Azərbaycan və Ermənistan zəhmətkeşlərinin qardaşlığı haqqında yazan erməni əsilli Aleksandr Şirvanzadə Azərbaycan SSR-nin ilk xalq yazıçısıdı. Lakin bütün bunlar keçmişə aid xatirələrdi. Bizim dövrümüzdə isə tam başqa reallıqlar var. Təkrar bildirməyə ehtiyac duyuram ki, Mxitaryanın formasının beynəlmiləlçiyin təbliği ilə əlaqəsi yoxdu. Bu, dostlararası şəxsi xarakterli zarafatın predmeti olan məsələdi.

- İdman geyimləriniz arasında "Krasnodar"da çıxış edən Eduard Spertsyanın da formasının olduğu vurğulanır. Düzdü?
- Mxitaryanın, yaxud hansı erməni əslli futbolçunun azarkeşi olmağımla bağlı məlum saytda yerləşdirilən xəbərdə əksini tapan məlumat həmin saytın əməkdaşlarının xəyal dünyasının məhsuludu. Hətta gizli videogörüntülər qeyd edən şəxs də mənə belə, yaxud bənzər sual verməyib və təsdiqləyici cavab almayıb. Nəinki hazırda, ümumiyyətlə, heç vaxt hansısa futbolçunun formasını milli kimliyinə görə əldə etməmişəm. Oyununu bəyənmədiyim, yaxud prinsiplərinə hörmət bəsləmədiyim komandaların formalarını əldə etmir və geymirəm. Məsələn, Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Sent Pauli”nin formasını məhz antifaşist və irqçilik əleyhinə olan mövqeləri, işçi sinfinə olan münasibəti səbəbindən əldə etmişəm. Vurğuladığım kimi, bu situasiyaya səbəb olan formanı isə tam zarafat məqsədilə “Memi” adlı mağazadan almışam.

- Şəkliniz xəbər portallarında paylaşılandan sonra sosial şəbəkələrdə erməni mənşəyiniz barədə təbliğat gedir. Bu haqda nə deyərdiz?
- Milli mənşəcə azərbaycanlıyam. Zənn etmirəm ki, bənzər mövqe ortaya qoyan şəxslər ciddi şəkildə Azərbaycanda yaşayan və işləyən birinin erməni mənşəli olduğunu düşünürlər. Adətən, bizim cəmiyətdə belə ifadələr təhqir xarakteri daşıyır. Hansısa məmur, müdir, yaxud qayda pozucusunu da sosial şəbəkələrdə “erməni” xitabı ilə ifadə edərək alçaltmağa çalışdıqlarını görmədiyinizi düşünmürəm. Xalam Goranboy rayonunun Tapqaraqoyunu kəndində yaşayır. Onun həyat yoldaşını erməni snayper qətlə yetirib. İki dayım 1-ci Qarabağ müharibəsinin, iki xalam oğlu və dayım oğlu isə 44 günlük savaşın iştirakçısıdır. Atam 1-ci Qarabağ müharibəsi zamanı Naftalanda hərbi masada (1-ci Qarabağ müharibəsi vaxtı hərbi komissarlıqları olmayan rayonlarda, qəsəbələrdə onu əvəz edən qurumlar belə adlanırdı – red.) çalışıb. Lakin insanları yaradan cəmiyyətdi, insanın 2-ci təbiəti isə onun yaşadığı cəmiyyətin sözün geniş mənasında mədəniyyətidi. Bizim və erməni millətlərinin həyatının yeganə amili müharibə deyil. Biz müharibədən öncə də birlikdə yaşayırdıq, indi də yaşayırıq və min illər sonra da yaşayacağıq. Elə isə sadəcə nəticələri yox, onları yaradan səbəbləri də arada düşünməliyik. Mxitaryanın formasını geyməyin zarafat olduğunu təkrar vurğulayıram.

- Siz regionda qonşularımızla dostluq, əmin-amanlıq içində yaşamağın tərəfdarısız. Necə düşünürsüz, bir erməni də sizin kimi azərbaycanlı futbolçunun adı yazılan formayla futbol oynamaq istəsə, ona nə edərdilər?
- Haqqin.az saytının paylaşdığı xəbərdən sonra fərqli insanlardan həyat və sağlamlığıma qarşı müxtəlif təhdidlər almışam və almağa davam edirəm. Lakin eyni zamanda mənə dəstək verən, beynəlmiləlçiliyi dəstəkləyən adamların sayı da az deyil. Bu mənada xüsusi fərqləndirəcəyim qrup media nümayəndələridi. Belə ki, xəbəri haqqin.az saytından götürüb paylaşan KİV-lərdən heç biri mövqeyimi öyrənməyə cəhd etməyib. İndiki vəziyyətdə erməni cəmiyyətinin də tolerantlıq səviyyəsinin çox fərqli olduğunu iddia edə bilmərik. Bu səbəbdən azərbaycanlı futbolçunun formasını geymiş erməni vətəndaşın aqibətinin mənimkindən yaxşı olacağını düşünmürəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

18-01-2023, 23:0

Mxitaryan sərsəmlədi, AFFA hərəkətə keçdi

Dünya futbolu

11-11-2022, 14:0

Fifa-dan Danimarka millisinə forma qadağası

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 174
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə