Qadın idman gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər

23.05.2023 15:06 236
İdman
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Samirə Qəhrəmanova və Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

"Football-plus.az" xəbər verir ki, idmançılar artıq sözügedən şəhərə yollanıblar.

Qeyd edək ki, yarış 25 - 28 mayda gerçəkləşəcək.