“Arsenal”ın yay transferi üçün büdcəsi məlum olub.
"Football-plus.az" xəbər verir ki, “The Independent” qəzetinin məlumatına görə, London klubu yayda yeni futbolçuların keçidinə təxminən 150 milyon avro xərcləməyi planlaşdırır. Bu məbləğə həm klubun vəsaitləri, həm də oyunçu satışından əldə olunacaq gəlirlər daxildi. Baş məşqçi Mikel Arteta yarımmüdafiənin mərkəzini gücləndirmək niyyətindədi. Rəhbərlik heyətə hücumçu və müdafiəçi də cəlb edəcək.