• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Cabbarovun 5 səhvi - YAZI

Premyer-liqa / Yazarlar

2-05-2023, 21:0

Dünən Azərbaycan hakimliyi adına rəzalət yaşandı.

Premyer-liqanın 32-ci turunun “Zirə” – “Turan Tovuz” matçını FİFA referisi Rauf Cabbarov idarə edirdi. Oyunun gərgin keçəcəyi bəlli idi. Çünki bakılılar Konfrans Liqasına vəsiqə, tovuzlular isə çempionatda qalmaq uğrunda mübarizəni davam etdirir. Böyük ehtimalla Hakimlər Komitəsi bu görüşə Rauf Cabbarovu təcrübəsinə görə təyin etmişdi. Lakin referi hər şeyi daha da bərbad etdi. Bu yazıda atası da vaxtilə hakim olan Raufun son qarşılaşmadakı 5 biabırçı səhvini diqqətinizə çatdıracağıq...

Jurnalistlərin gördüyünü görmədi
Matçın 19-cu dəqiqəsində Roderik Millerin müdaxiləsindən sonra Vladislav Kulaç “Turan Tovuz”un cərimə meydançasında yerdə qaldı. FİFA referisi fitini səsləndirdi və 11 metrlik cərimə zərbəsi təyin etdi. Hamidu Keyta “nöqtə”yə yaxınlaşırdı ki, VAR-dan siqnal gəldi. Cabbarov epizodu izlədikdən sonra qərarını ləğv etdi. Amma hadisə düz hakimin gözü qarşısında baş vermişdi. O, əminliklə “nöqtə”ni göstərmişdi. Hətta media sektorunda əyləşən jurnalistlər belə epizodun penalti olmadığını ilk andan dəyərləndirə bildi. FİFA referisi isə bunu bacarmadı.

Bu dəfə dəqiq penalti idi
7 dəqiqə sonra hakim yenidən 11 metrlik cərimə zərbəsi təyin etdi. Piruzi ilə Şəhriyarın arasında qalan Eldar Quliyev “Turan Tovuz”un cərimə meydançasında yerdə qaldı. Referi yenə əminliklə “nöqtə”ni göstərdi. Keyta zərbəni vurmaq istəyərkən Tural Qurbanov yenə Rauf Cabbarovu VAR-a baxmağa dəvət etdi. 4 dəqiqədən sonra referi dəqiq qərar verə bildi ki, penaltidi. Əslində onun ilk qərarı doğru idi. Lakin FİFA referisinin özünə inanmaması işin bu həddə çatmasına səbəb oldu.

“Zirə”nin haqqı yeyildi
39-cu dəqiqədə isə hakim biabırçılığı pik həddə çatdı. “Zirə”nin təmiz qolu sayılmadı. Keytanın ara ötürməsindən sonra Kulaç topu qapıdan keçirdi. Lakin yan xətt hakimi bayrağını qaldıraraq ofsayd qərarı verdi. Sonra Tural Qurbanov Rauf Cabbarovu VAR-a baxmağa dəvət etdi. Epizodu izləyən FİFA referisi qərarından dönmədi. Lakin “CBC Sport”un yayınında təkrarda göstərildi ki, qol qaydalar çərçivəsində vurulub. Referi isə fərqli qərar verdi. Burda Rauf Cabbarova göstərilən xətt də əyri çəkilmişdi. Bir sözlə, idarəçiliyi tam itirən Cabbarov “Zirə”nin haqqını yedi.

“Turan Tovuz”un lehinə penalti verilmədi
İlk hissəyə əlavə olunan 3-cü dəqiqədə Runi Eva “Zirə”nin cərimə meydançasında yerdə qaldı. Cibrila İssa ona qarşı qaydanı pozmuşdu. Lakin referi oyunu davam etdirdi. Epizodun təkrarında Runinin ayağına təmas olduğu aşkar göründü. Hətta oyunun şərhiçisi Pərviz Musayev də dilə gələrək penalti olduğunu dedi. Lakin FİFA referisi epizodu izləsə də, 11 metrlik cərimə zərbəsi təyin etmədi.

Qərarsız qalan hakim
Matçın 53-cü dəqiqəsində daha bir biabırçılıq yaşandı. “Turan Tovuz” cərimə zərbəsini yerinə yetirirdi. Denis Marandiçi hakimin fitini gözləmədən qapı önünə asma etdi. Roderik Miller isə topu başla tora qovuşdurdu. Hakim əvvəlcə qolu qeydə aldı. Daha sonra isə VAR-da oturanlarla məsləhətləşərək qərarını ləğv etdi.

Bir sözlə, 90 dəqiqə ərzində gözlə görünəcək qədər səhvə yol verən Rauf Cabbarov maraqlı keçən oyunu pis günə qoydu. Yəqin ki, Hakimlər Komitəsinin rəhbəri Barış Şimşək də bu səhvləri görüb. Onun lazımi addımı atacağına ümid edək...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

2-05-2023, 17:0

“Zirə”nin avrokubok şansı möcüzəyə qaldı - REPORTAJ

Premyer-liqa

16-03-2023, 15:0

Rauf Cabbarovu Tovuzda VAR xilas etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə