• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Əliyev: “İzmir Cup” səviyyəli turnirlər bizim üçün böyük təcrübədi” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

30-04-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Aprelin 7-dən 9-dək Türkiyənin İzmir şəhərində keçirilən “İzmir Cup” beynəlxalq turnirində Azərbaycan futbolunu təmsil edənlərdən biri də “Neftçi”nin 12 yaşadək futbolçulardan ibarət komandası idi. Baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupundakı ilk oyununda İtaliyanın “Yuventus” klubu ilə qolsuz heç-heçə etdi. “Ağ-qaralar” növbəti görüşdə Türkiyənin “Girəsunspor” komandasını 1:0 hesabıyla məğlub edib, “Şalke”yə minimal hesabla uduzub. İkinci oyun günündə məşhur “Beşiktaş”ı 1:0 hesabıyla məğlub edən “Neftçi”nin U-12 komandası “Urla”nı 3:0, Belçikanın “Vesterlo” klubundan olan həmyaşıdlarını isə 1:0 hesabıyla üstələməyi bacardı. Bu qələbələrdən sonra “Neftçi” “Zenit”ə 0:6, Fransa təmsilçisi “Mets”ə isə 0:1) uduzub. Keçirdiyi səkkiz oyundan 13 xal toplayan “Neftçi” qrupda 4-cü yeri tutmaqla növbəti mərhələyə adlayıb. Amma “ağ-qaralar” 1/16 finalda Belçika “Brügge”sinə 0:2 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.
Biz də komandanın baş məşqçisi Vaqif Əliyevlə söhbətdə həm “İzmir Cup”da “Neftçi”nin çıxışına toxunduq, həm də “Neftçi”nin futbol akademiyasında görülən işlərdən danışdıq.

Vaqif Əliyev: “İzmir Cup” səviyyəli turnirlər bizim üçün böyük təcrübədi”


- Vaqif bəy, əvvəlcə özünüz haqqında məlumat verərsiz. Futbola gəlişiniz necə oldu? İlk məçqçinizi və komandanı necə xatırlayırsız? Məşqçi olmağa necə qərar verdiz? Ümumiyyətlə, futbolçuluqdan məşqçiliyə keçid necə alındı?
- Mən 1985-ci ildə dünyaya göz açmışam. Futbolla məşğul olmağa 6 yaşımdan başlamışam. İlk məşqçim Yaşar Babayev olub. Təəssüf ki, cəmi 17 yaşımda karyeramı bitirməli oldum. Buna da aldığımız zədə səbəb oldu. Dizimdən aldığım zədə futbolçu karyeramı davam etdirməyə imkan vermədi. Çox sevdiyim futboldan uzaq qala bilməzdim, ona görə də məşqçi olmağa qərar verdim. Əminliklə deyə bilərəm ki, futbolçu kimi qazana bilmədiklərimi məşqçi kimi etməyi bacardım, çünki bu işə sevərək başlamışdım. 2013-cü ildə “Neftçi”nin U-13 komandasında köməkçi-məşqçi kimi işə başladım. Növbəti il 2004-cü il təvəllüdlü uşaqların oynadığı U-11 komandasının baş məşqçisi təyin edildim. Elə həmin il də komandam Azərbaycan çempionu adını qazandı. 2015/16-cı il mövsümündə U-12 komandamız çempion oldu. 2015-ci ildə “Sabahın Ulduzları” turniri Avropa Oyunlarına həsr olunmuşdu. Həm o turnirin, həm də klubların akademiyaları arasında keçirilən turnirin qalibi olmağı da bacardıq. Növbəti mövsüm 2005-ci il təvəllüdlü uşaqları qəbul etdim, U-12 komandalarının çempionatında yarımfinalda məğlub olduq. 2017/18 mövsümündə usə U-13 komandamız Azərbaycan çempionatının ikincisi oldu. Növbəti il yenidən 2006-cı il təvəllüdlü uşaqları qəbul etdim. U-13 komandasıyla finalda məğlub olub, gümüş medallar qazandıq. 2005-ci il təvəllüdlü uşaqlardan qurulmuş U-15 komandasının baş məşqçisi kimi 2019/20-ci il mövsümü pandemiya səbəbindən yarımçıq qaldı, həmin vaxt turnir cədvəlində 2-ci pillədə idik. Cari mövsümdə “Neftçi”nin U-12 komandasını çalışdırıram, 2011-ci il təvəllüdlü uşaqlara futbolun sirlərini öyrədirəm. Hazırda da çempionat davam edir.

- Bu yaxınlarda “Neftçi”nin U-12 komandasıyla İzmirdə iştirak etdiyiniz turnir barədə danışaq. Turnir necə təşkil olunmuşdu? Hansı rəqiblərlə qarşılaşdız, nəticələr necə oldu?
- Doğru vurğuladız, tunir Türkiyənin İzmir şəhərində yüksək səviyyədə təşkil olunmuşdu. Bir növ U-12 komandalarının Çempionlar Liqası idi. Avropanın bir çox güclü klublarının uşaq komandaları bu turnirdə mübarizə aparırdı. Ümumilikdə 72 komanda turnirə qatılmışdı, biz də son 32 komandanın sırasına qala bildik. Bizim qrupda “Yuventus”, “Şalke”, “Mets”, “Vesterlo”, “Zenit”, “Beşiktaş” kimi rəqiblər yer alırdı. Onlarla başabaş mübarizə apardıq və 13 xalla qrupda 4-cü yeri tutduq. Bu da bizə qrupdan çıxmağa, 1/16 finalda mübarizə aparmağa imkan verdi. Bu mərhələdə Belçikanın məşhur “Brügge” komandasıyla qarşılaşdıq və 0:2 hesabıyla məğlub olaraq mübarizəni dayandırdıq. Qeyd edim ki, “Brügge” finala qədər yoluna davam etdi və yalnız finalda Münhen “Bavariya”sına uduzdu.



- Necə düşünürsüz, belə beynəlxalq səviyyəli turnirlər uşaqlar üçün hansı məqamlarla yadda qalır, onların inkişafına necə təsir göstərir?
- Bu cür beynəlxalq oyunlar həm uşaqlar, həm də bizim üçün böyük təcrübə rolunu oynayır. Çünki beynəlxalq səviyyəli oyunlar tam başqadı, yerli çempionatlardan çox fərqlənir. Həmin turnirlərdə keçirilən oyunlar daha sürətli olur, uşaqlar həm sürətli, həm də təzyiq altında oynamağı öyrənirlər. Tez düşünüb, qərar verməyə çalışırlar. Bu cür beynəlxalq turnirlər bizim üçün əvəzsiz təcrübədi. Sürət və çevikliyin artması, daha səviyyəli, adlı-sanlı rəqiblərlə qarşılaşmalar uşaqların inkişafına böyük təkan olur. Bu cür turnirlərin sayı nə qədər çox olarsa, yeniyetmə futbolçularımız da böyük təcrübə qazanar, gələcəkdə daha səviyyəli yarışlara, ciddi sınaqlara hazırlıqlı olarlar.



- Hazırda çalışdığınız “Neftçi”nin uşaq akademiyasında işlər necə qurulub? Ümumiyyətlə, günümüzdə futbolla maraqlanan uşaqların səviyyəsi necədi? Onların istedadı, futbola həvəsi sizi qane edirmi?
- Akademiyamızda işlər düzgün qurulub, zaman keçdikcə daha da yaxşılaşdırmağa, inkişaf etdirməyə çalışırıq. Türkiyəli mütəxəssis Cemal Bülbül və çox hörmətli Elşad Əhmədov akademiyamıza rəhbərlik edir, məşqlərdə və iclaslarda öz təcrübələrini bizimlə bölüşürlər. Onlar da çalışırlar ki, uşaqların inkişafını sürətləndirib, ümumi işə öz töhfələrini yüksək səviyyədə versinlər. Biz gənc məşqçilər də daim öz üzərimizdə çalışırıq ki, işimizi daha da keyfiyyətli edək. Daim fikirlərimizi və təcrübəmizi bölüşürük. Hazırda komandalarımızda futbolla məşğul olan uşaqların həm səviyyəsi, həm də futbola yanaşması bizi qane edir. Aralarında istedadlı olanlar da yetərincədi. Çalışırıq ki, bundan sonra daha da yaxşılaşsın.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

8-04-2023, 13:0

"Qarabağ" "Ayntraxt"a, "Neftçi" "Beşiktaş"a qalib gəldi - "İzmir Cup"

Ölkə futbolu / Manşet

17-04-2023, 20:0

Vaqif Əliyev: “Futbolçularımız fiziki cəhətdən rəqiblərdən çox geri qalırdı”

Yığma

2-03-2023, 17:0

“Qarabağ” və “Neftçi” nəhənglərlə eyni turnirdə çıxış edəcəklər

Ölkə futbolu

7-04-2023, 14:0

"Qarabağ" heç-heçə ilə başladı - "İzmir Cup"

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 423
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə