18 yaşadək futbolçulardan ibarət milli komanda Bakıda təlim-məşq toplanışındadı. Artıq hazırlıq çərçivəsində ilk yoxlama oyunu da baş tutub. U-18 divizion təmsilçisi MOİK-ə 2:1 hesabı ilə qalib gəlib.
“Football-plus.az” olaraq görüşlə bağlı MOİK-in baş məşqçisi Qəzənfər Abbasovun fikrini öyrəndik:
“Birinci divizonda hər tur bir komandanın oyunu olmur. Bu dəfə növbə bizdə idi. Boş vaxtı U-18 ilə yoldaşlıq oyununa çıxaraq dəyərləndirdik. Nəticəyə köklənməmişdik. Əsas məqsəd futbolçuları “diri” saxlamaq idi.
Bundan başqa, heyətdə mövqe dəyişiklikləri etmişdim. Futbolçular əvvəl çıxış etmədikləri mövqelərdə oynadılar. Komandadan maksimum faydalana bilmək üçün bunu da sınamaq lazım idi. Bu matç qarşıdakı oyunlarda hansı qərarların daha doğru olacağını araşdırmaq üçün şərait yaratdı”.
KƏNAN BAHADIR