Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, ilk oyunda səfərdə “Qəbələ”yə 2:3 hesabıyla uduzan “Səbail” doğma meydanda finala yüksəlməyi bacarıb. Görüşü “CBC Sport” telekanalı canlı yayınlayıb.
Azərbaycan kuboku
yarımfinal, cavab oyunu
27 aprel
Səbail – Qəbələ 0:1
İsnik Alimi, 49 (p.)
Cəzalı yoxdu.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. “ASCO Arena”. Saat 20.00
İlk oyun – 2:3.
İlk oyunda çox gərgin mübarizənin şahidi olduq. Bölgə təmsilçisi hesabda geri düşsə də, qələbə qazana bildi. Düzdü, həmin oyunda “dənizçilər” əsas heyət üzvlərinin çoxunun xidmətindən yararlanmamışdı. Şahin Diniyev premyer-liqada “Neftçi” ilə görüşün daha vacib olduğunu düşünərək futbolçularını qorumuşdu. Mütəxəssisin bu görüşdə əsas heyət üzvlərinə güvənəcəyi gözlənilir. Gücləri müqayisə etsək, qonaqlar matçın favoritidi. Elmar Baxşıyevin komandasına heç-heçə də sərf edir. “Səbail” finala yüksəlmək istəyirsə, mütləq qələbə qazanmalıdı.
Oyunun gərgin keçəcəyini söyləyə bilərik. Hətta cütün taleyi 120 dəqiqədə və ya penalti seriyasında da həll oluna bilər. Lakin nəzərə alaq ki, “qırmızı-qaralar” kubokun qalibi kimi Konfrans Liqasına vəsiqə qazanmaq istəyir. Elmar Baxşıyevin komandası iki “cəbhə”də uğurla çıxış edir, son 4 rəsmi matçın hamısında qələbə qazanıb. Bununla belə, “Səbail”in “qırmızı-qaralar”ı məğlub edərək finala yüksəlməsi də sensasiya sayılmayacaq.