“Sabah” hücumçu Tiemoko Fofana ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 23 yaşlı forvard 2021-ci ilin yanvarından "Sabah"da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 20 oyuna 3 qol vurub.