Millinin üzvü 20 yaşında dünyasını dəyişdi - FOTO

22.04.2023 21:10
İdman
Türkiyənin milli taekvondoçusu Batuhan Çakmak vəfat edib.

"Football-plus.az" xəbər verir ki, idmançı Ordu şəhərində baş verən avtomobil qəzasında həyatını itirib.

Bədbəxt hadisə nəticəsində yaralanan 4 nəfər hazırda Ordu Dövlət Xəstəxanasında müalicə edilir.

Türkiyə Taekvondo Federasiyası bu haqda paylaşım edib:

"Milli üzvü Batuhan Çakmak 20 yaşında aramızdan ayrıldı. Onun üçün Allahdan rəhmət, sevənlərinə və taekvondo ictimaiyyətinə isə səbr diləyirik. Məkanı cənnət olsun".


KƏNAN BAHADIR

Millinin üzvü 20 yaşında dünyasını dəyişdi