• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” “Tottenhem” tilsimini qırdı - REPORTAJ

Reportaj / Çempionlar Liqası

16-02-2023, 12:0

Milan - Tottenhem 1:0 (1:0)
Milan (İtaliya): Teteruşanu, Tiav, Kyaer, Kalulu, Ernandes, Tonali (Pobeqa, 86), Kruniç, Leao (Rebiç, 90+1), Salemakers (Messias, 77), Dias (De Ketelare, 77), Jiru.
Tottenhem (London, İngiltərə): Forster, Emerson, Romero, Dayer, Lanqle (B.Devis, 81), Perişiç, Sarr, Skipp, Kulusevski (Rişarlison, 77), Son Hın Min (Qruneveld, 81), Keyn.
Qol: Dias, 7.
Vərəqələr: Romero, 48. Dayer, 63. Tonali, 80. Ernandes, 90+3 - sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
14 fevral. Milan. 73320 tamaşaçı.

oyunun statistikası
9 (4) qapıya (“çərçivə”yə) zərbə 12 (3)
3 künc zərbəsi 8
1 ofsayd 4
17 qayda pozuntusu 13
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
49 topa sahibolma (faizlə) 51

Hər iki komandanın ötən mövsümdəki səviyyəsindən aşağı endiyi heç kimə sirr deyil. Premyer-liqanın son mövsümünü 4-cü yerdə başa vuraraq Çempionlar Liqasına (ÇL) vəsiqə qazanan “Tottenhem” hazırda İngiltərə çempionatında 5-ci yerdədi. Londonluların bir il əvvəlki uğurunu təkrarlamaq ehtimalı qalsa da, buna nail olacağını indidən proqnozlaşdırmaq çətindi. Səbəb sadədi: Antonio Kontenin çalışdırdığı komanda bu mövsüm çox qeyri-sabit oynayır. Məsələn, fevralın 5-də evdə son çempion “Mançester Siti”ni məğlub edən (1:0) paytaxt təmsilçisi ayın 11-də Lesterdə eyniadlı rəqibi qarşısında darmadağın olub (1:4). “Milan”ın hazırkı vəziyyəti daha düşündürücüdü. İtaliyanın son çempionu da “Tottenhem” kimi ölkə çempionatında 5-ci yerdədi. 22-ci turdan sonra lider “Napoli”dən 18 (!) xal geri düşən lombardiyalıların praktiki cəhətdən titulu əldən verdiklərini əminliklə iddia etmək olar. “Qırmızı-qaralar” cümə günü evdə “Torino”nu minimal hesabla məğlub etməklə qələbəsizliyə son qoyublar. Buna qədər son çempion müxtəlif turnirlərdə keçirdiyi ardıcıl 7 matçda qalib gələ bilməmişdi (2 heç-heçə, 5 məğlubiyyət). Uğursuz axara ÇL-in 1/8 finalının “Tottenhem”lə ilk oyunu ərəfəsində son qoyması Stefano Pyolinin komandasının psixoloji vəziyyətini az-çox yaxşılaşdırmışdı.
“Milan”ın əlinə “Tottenhem” tilsimini qırmaq üçün əla imkan düşdüyünü də bildirək. Belə ki, İtaliya nəhəngi fevralın 14-nə qədər “mahmızlar”a qarşı keçirdiyi 4 oyunda qələbə üzü görməmişdi (2 heç-heçə, 2 məğlubiyyət). İtkilərə gəlincə, hər iki komanda ilk oyuna əsas qapıçılarsız çıxacaqdı. Menyanı uzun müddətdi Teteruşanunun əvəzlədiyi hamıya bəllidi. Lyorisin yoxluğunda Forsterin ÇL-in səfər matçında qonaqların qapısını necə qoruyacağı maraq doğururdu. Kontenin komandasında digər ciddi itkilər yarımmüdafiəçilərlə bağlı idi: Bentankur zədə, Höybyerq isə cəza üzündən İtaliyadakı oyunda görünmədilər.

“Milan” bütün problemlərə baxmayaraq, ÇL-in pley-offu üçün darıxdığını ilk dəqiqələrdən göstərdi. Zarafat deyil, bu turnirdə 7 dəfə qalib gələn komanda qrup səddini 9 ildən sonra adlamışdı. Hər iki komandanın oyununda gərginlik açıq büruzə verirdi. Futbolçular riskə getməməyə çalışırdılar. Bu səbəbdən ilk hissədə yalnız bir qol qeydə alındı. Matça fəal başlayan ev sahibləri 7-ci dəqiqədə azarkeşlərini sevindirdilər: Ernandesin sol cinahdan ötürməsinə müdaxilə edə bilməyən qonaqlar Diasın hesabı açmasına şahidlik etdilər. Erkən qol vuran milanlılar ilkin planı yerinə yetirməyin faydasını uzun müddət hiss etdilər. Orta xətdə Sarr və Skipp kimi ÇL təcrübəsi sarıdan korluq çəkən oyunçulara bel bağlayan lodonluların hücumameyilli futbolçuları zərbə mövqeyinə çıxmaqda çətinlik çəkirdilər. “Milan”ın müdafiə və yarımmüdafiə xətti Kulusevski, Son və Keyni böyük ölçüdə zərərsizləşdirməyi bacarırdı. Beləcə, ilk hissə ev sahiblərinin minimal üstünlüyü ilə sona çatdı.
Fasilədən sonra meydandakı mübarizənin axarında elə bir dəyişiklik baş vermədi: “Tottenhem” rəqibin təşkilatlanmış müdafiəsini yarmağa, “Milan” isə əks-hücumlarda üstünlüyünü artırmağa çalışdı. Qonaqlar sona qədər hücumda yaddaqalan nəsə göstərə bilmədilər. Əksinə, meydan sahiblərinin bir neçə dəfə növbəti qolu vurmaq imkanı oldu. Amma hesab dəyişmədi və “Tottenhem” tilsimini qıran İtaliya çempionu martın 8-də keçiriləcək cavab görüşünə üstün durumda çıxacaq.

Oyundan sonra
Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “Oyuna taktiki cəhətdən hazırlaşmaq elə də çətin deyildi. Matç çətin keçdi. Ona görə ki, “Tottenhem” güclü rəqibdi. Amma biz daha yaxşı oynadıq. Oyunboyu diqqətlə hərəkət etdik və planlarımızı uğurla həyata keçirdik. Yaxşı komanda oyunu nümayiş etdirdik. Çox təəssüf ki, ikinci qolu vura bilmədik. Bunun üçün yaxşı şanslarımız oldu. “Tottenhem” güclü komandadı və bu, dueldə ilk matç idi. İkinci oyun daha çətin olacaq. Bu oyun komandamıza özünəinam verdi. Bəzən çətinliyə düşürük, amma əminəm ki, yenidən öz futbolumuzu oynayacağıq. Mən həmişə futbolçularıma inanıram. Bu, karyeramın ən yaxşı Çempionlar Liqası oyunu idi”.

Antonio Konte, “Tottenhem”in baş məşqçisi:

“Bu, komandaların bərabər səviyyədə oynadığı gərgin matç idi. Səhvimiz odu ki, 7-ci dəqiqədə dəf edilməsi mümkün olan qolu buraxdıq. Bu məqamda yaxşı müdafiə olunan “Milan” üçün oyun düzgün istiqamətdə getdiyindən hesabı bərabərləşdirə bilmədik. “Tottenhem” matça yaxşı hazırlaşmışdı, yaxşı oyun nümayiş etdirdi. Amma erkən qol irəli getməyimizə imkan vermədi. Çalışacağıq ki, cavab oyununda nəticəni dəyişib yolumuza davam edək. Bunu da unutmamalıyıq: “Milan” ötən mövsüm çempion olub, biz isə belə uğur qazanmamışıq. Ötən il çox da qol buraxmadığımız üçün inanılmaz bir iş görərək Çempionlar Liqasına vəsiqə qazana bildik. İndi müdafiəçilər son mövsümdə olduğu kimi, ilk dəqiqədən final fitinə qədər oyundan diqqətini bir an olsun ayırmamalıdılar. Stadionunda ünvanıma təhqirlər səsləndirildi? Bu, oyunun bir hissəsidi. Mən demirəm ki, siz onları qəbul edin, amma eybi yoxdu. “Yuventus”da məşqçi və oyunçu, “İnter”də məşqçi olmuşam, lakin “Milan”da heç vaxt işləməmişəm. Azarkeşlər təxribat törətdilər, lakin bu, məqbul həddə idi”.

Braim Dias, “Milan”ın yarımmüdafiəçisi: “Vurduğum qola və xüsusilə də qələbəmizə görə çox sevinirəm. Cavab matçı üçün üstünlük qazanmaq vacibdi. Buna layiq idik. Azarkeşlərimizin dəstəyini mütləq qeyd etməliyik: sadəcə, onların oyunboyu fəaliyyətini dinləyin və görün. Biz favorit deyilik. İndi İtaliya çempionatına köklənirik, bir müddət sonra isə Londona yollanacağıq”.

Kristian Romero, “Tottenhem”in müdafiəçisi: “Enişli-yoxuşlu dövr yaşayırıq. Komanda kimi mütəşəkkil oyun sərgiləməkdə çətinlik çəkirik. Amma ümid sonda ölür. Yaxşı komandayıq və öz meydanımızda duelin axarını dəyişə bilərik”.

Faktlar
* “Milan” ÇL-də 2012-ci ildən sonra ilk dəfə İngiltərə klubuna qalib gəldi. İtaliya nəhəngi onda 1/8 finalda “Arsenal”ı 4:0 hesabıyla məğlub etmişdi. “Milan” britaniyalılarla qarşılaşdığı sonrakı 5 oyunun hamısında azı iki top buraxaraq uduzmuşdu.
* Dias 2004-cü ildən sonra “Milan”ın ÇL-in pley-offunda qol vuran ən gənc oyunçusu oldu. Meydana 23 yaş 195 günlüyündə çıxan ispaniyalı yarımmüdafiəçi bu planda yalnız Kakadan geri qalır. Braziliyalı futbolçu 19 il əvvəl “Deportivo”nun qapısına 21 yaş 336 günlüyündə yol tapmışdı. Diasın bu mövsüm bütün turnirlərdə keçirdiyi 26 matçda 5 qolun və 2 məhsuldar ötürmənin müəllifi olduğunu da qeyd edək.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

15-09-2022, 01:0

"Mançester Siti" və PSJ-dən əzmkar qələbə, "Yuventus" uduzdu - YENİLƏNİB

Dünya futbolu

23-07-2022, 22:0

Harri Keyn komandasına qələbə qazandırdı

Dünya futbolu

3-04-2022, 20:0

“Tottenhem” oyunçusu ilə razılığa gəldi

Dünya futbolu

21-04-2022, 21:0

“Tottenhem” gənc oyunçusunu qorudu

Çempionlar Liqası

11-02-2023, 20:0

ÇL matçı əsas qapıçılarsız keçəcək

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Bu gün, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Bu gün, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Bu gün, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Dünən, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Dünən, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Dünən, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Dünən, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Dünən, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Dünən, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Dünən, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Dünən, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Dünən, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Dünən, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Dünən, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Dünən, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Dünən, 17:40
    MY-dən daha bir transfer
  • Dünən, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Dünən, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Dünən, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Dünən, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Dünən, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Dünən, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Dünən, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Dünən, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Dünən, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Dünən, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Dünən, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Dünən, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Dünən, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Dünən, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Dünən, 10:00
    Yusif İmanov "İmişli"də
  • 13-07-2026, 23:0
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 228
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 147
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə